Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrƏfşarlar dövlətinin parçalanması və dağılması

1743-1744-cü illər­də Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başlayır. 1743-cü ildə Əfşarlar əleyhinə ümumxalq hərəkatı Şirvanda daha da güclənir. Bu vəziyyət Şəki əhalisinin Əfşarların idarə üsuluna qarşı çıxışları üçün əlverişli şərait yaradır. Hacı Çələbi etibarlı adamlarını başına yığıb məlik Nəcəfin iqamətgahına hücuma keçir və onu öldürürlər. Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar xanədanına qarşı mübarizənin yeni mərhələsinin başlanğıcı olur. Bu zamanlar Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də narazılıqlar davam edir.

Dövlətin qərb sərhədlərini möhkəmləndirməyə böyük əhəmiyyət verən Nadir şah ölkə daxilində baş verən üsyanları yatırmaqla başını qatmaq istəmir. Çünki sərhəddə dayanan Osmanlı qoşununun Ardı »

Azərbaycanlı sülalələrNəzirə Yaqubova - Fəaliyyəti

Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur. Onlar, qayğı, xoş münasibət və əlbəttə peşəkarlığa görə Gürcüstanın əməkdar həkimi Nəzirə Şah-Mirzəyə minnətdarlıq bildirirlər. Xəstəxananın pasiyentləri yazırlar: "Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan yaxşı müalicə edir". Onlar öz həkimlərini "bütün cəhətlərdən gözəl, məlahətli, əsl insan" adlandırırlar, öz dövrünün ziyalı qadınına verdikləri yüksək qiymətin necə də dəqiq olduğunu güman etmirdilər.

Çar ordusu zabitinin qızı Nəzirə Şah-Mirzə Tbilisidə Birinci Qadın gimnaziyasının səkkiz Ardı »

Azərbaycanlı sülalələrŞamaxı soyqırımı

Şamaxıda erməni vəhşilikləri – 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın bir çox bölgələrində olduğu kimi Şamaxıda da törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Bu siyasət azərbaycanlılara qarşı dünyada görünməmiş qəddarlıqla yadda qalmışdır.

1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Bu hadisə tarixi ədəbiyyatda Mart soyqırımı ilə birgə hallanır. Ardı »

Azərbaycanlı sülalələrƏbdülhüseyn mirzə Fərmanfərma

Həyatı[redaktə]
Əbdülhüsеyn mirzə Firuz mirzə оğlu 1859-cu ildə Təbriz şəhərində dоğulmuşdu. Tehrana köçmüşdülər. Аilə təlim-tərbiyəsi, təhsili аlmışdı. Sоnrа hərbi məкtəbə dахil оlmuşdu. Аvstriyа zаbitlərinin nəzаrəti аltındа həmin məкtəbi bitirmişdi. Ingilis dilini gözəl bilirdi. Firuz mirzə оğlunu Аzərbаycаnа, Təbriz şəhərinə göndərmişdi. Əmirintizаm оrdа оnа lələliк еtmişdi. 1885-ci ildə аtаsının Nüsrətəddövlə ləqəbini dаşıyırdı. 1892-ci ildə Кеrmаn əyаlətinin vаlisi оlmuşdu və Fərmаnfərmа ləqəbini аlmışdı. 1896-cı ilədəк bu vəzifədə çаlışmışdı. Bir аrа Müzəffərəddin mirzənin Lоristаndа müаvini işləmişdi. Müzəffərəddin mirzə şаhlığа çаtаndаn sоnrа Əminüssultаnı sədr əzəm təyin еtdi. Sədr əzəmin оnunlа аrаsı оlmаdığındаn vəzifədən çıхаrdı. Əbdülhüsеyn mirzə 1896-ci ildə hərbi nаzir vəzifəsinə təyin еdilmişdi. 1897-ci ilin sеntyаbr Ardı »

Azərbaycanlı sülalələrGilzayların İsfahanı alması

İki ildən sonra eyni məqsədlər göndərilən daha bir qızılbaş korpusu darmadağın edildi. Sonrakı beş-altı il ərzində vəziyət köklü surətdə dəyişdi və İsfahan sarayı yeni Qəndahar hakimi Mahmudun qarşısında geri çəkilməyə başladı. 1719-cu ilin yayının axırında Mahmud qərbə yürüş etdi; 1722-ci ilin oktyabrında İsfahana daxil oldu, və Səfəvi şahı Sultan Hüseyni taxtdan imtina etməyə məcbur etdi. Qəndahardakı hadisələrin inkişafı Heratdakı vəziyədə də təsir edirdi. Qilzayların təzyiqi nəticəsində Herat ətrafına köçmüş əfqan abdali tayfasının aristokratiyasının nüfuzu artırdı.

1720-1722-ci illərdə Mir Əşrəf əmisi oğlu Qəhdəhar əmiri Mir Mahmud Hotakinin İrana yürüşündə iştirak etmişdi.

1725-ci ilin aprelində Mir Əşrəh öz əmisi oğlu Mir Mahmud şaha qarşı İsfahanda Ardı »

Azərbaycanlı sülalələrSəbuk Təkin Salur

Səbuk Təkin Salur (26 oktyabr 1923 - 8 noyabr 1991) — jurnalist və tarixi roman yazıçısı, bir sıra radio və televiziya proqramlarının müəllifi.[1]

Həyatı[redaktə]
Səbuk Təkin Salur İran İslam İnqilabından sonra Kanadaya köçmüş və orada vəfat etmişdir. O, Əbdüssəməd mirzə Salurun nəticəsi idi. Ardı »

Azərbaycanlı sülalələrMoskva Rusiyasından asılı ərazilər

17-ci əsrdə Rusiyanın Şimali Qafqazda əsas dayağı Terki qalası idi. Burada çar sərdarları və qoşunları yerləşirdi. 17-ci əsrin ortasında rus hökuməti Terki şəhərciyinin ətrafında yetmiş kabardin özdən ailəsi, xeyli rus və erməni köçürmüşdü. Qarnizon 2000 nəfərdən ibarət idi. Terekin sağ sahilində Sunja çayının qovuşduğu yerdə, indiki Qroznının şimal-şərqində, 1635-ci ildə rus hökuməti Sunja istehkamını möhkəmləndirdi. 1645-ci ildən sonra rusların burada əsas dayağı kabardin knyazı Mutsal Terki şəhərciyindən Sunjaya köçür. Sunja istehkamının 2 verstliyində rus təbəsi İldar murzanın başçılığıaltında braqunlular məskunlaşdı. Sunja çayından qərbə hələ İvan Qroznı dövründən Rusiya ilə sıx əlaqələri olan kabardinlər yaşayırdı. Kabardanın cənubunda Dəryal keçidinə nəzarət edən osetinlər Ardı »

Azərbaycanlı sülalələrHacı Sasan mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. Ardı »