Qızılbaşlar Əfqanıstana Nadir şah Əfşar tərəfindən köçürülüblər. Əfqanıstanda yaşayan qızılbaşlar soykökü baxımından Azərbaycan türkləri olub bir neçə tayfaya bölünürlər: əfşar, bayat, şahsevən, ənsarlı, şahağası, şamlı və cavanşir. Qızılbaşlar əsasən kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar. Onlar evdə, ailə içində Azərbaycan dilinin şimal ləhcələrində danışırlar, ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan daricədən istifadə edirlər.
Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar.
Ənsarlı tayfası bayat tayfasının tirələrindən biridir. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad kəndlərində yaşayırlar.[4]
Əfaqanıstandakı qızılbaş toplumunun bir parçası olan şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.
Əfqanıstanda yaşayan qızılbaşların sayının 30 mindən - 1 milyonadək olduğuna dair müxtəlif təxminlər mövcuddur.
Tarix: 21.01.2015 / 14:31 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanlı sülalələr