Azərbaycan xanlıqları → "Qarabağnamələrdə"
Hüseyn xanın Şəkidə xan olması barədə "Qarabağnamələr"də də məlumat var. Məsələn Mirzə Adıgözəl bəy yazır ki,
"Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar ( – Yermolov) bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı".
Mirzə Yusif Qarabaği isə bunu yazır:
"Qızılbaşlar qaçandan sonra baş verən bəzi hadisələr
Düşmən kökündən sarsıldıqdan və onların Ardı »