Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan toponimləriAbşeron yarımadası Faydalı qazıntıları

Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xocahəsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir.

Abşeronda yerləşən palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında - dənizdə və çoxsaylı adalarda yerləşir. Ardı »

Azərbaycan toponimləriKür

K ü r – Albaniyanın içərisindən axan çayın adı. İlk tədqiqatlarda Qafqazmənşəli ad sayılmışdır. Qafqaz albanlarının dilindəki "su anbarı" sözünə qarşılıq olduğu, yaxud II Kirin adı ilə adlandırıldığı düşünülür. Türkcə kür – bol (sulu), qüvvətli, sürətli, sarsılmaz, məğrur mənasına gəlir. Ardı »

Azərbaycan toponimləriAxşura

A x ş u r a – Türkcə ax – ağ və şura türkcə göl, udmurtca şur – çay, türkcə soru bataqlıq yer, duzlu gölməçə sözlərindəndir. Ardı »

Azərbaycan toponimləriQafqaz Albaniyasının toponimləri

Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər.

Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) qeyd edir. Ehtimal ki, bu toponim Ardı »

Azərbaycan toponimləriDurdukka

D u r d u k k a (Zurzukka, Sirdakka, Zirdakka variantları da vardır) – Mannada bir qalanın adı. Toponimin müxtəlif yazılış formaları onun əslinin müəyyən olunmasını çətinləşdirir. Durdukka (asur dilində k səsinin qoşalaşdırılması ilə) ehtimal ki, türkcə tur, tura – dayanacaq, düşərgə, şəhər sözündən və – duk (-luk) şəkilçisindən ibarətdir. Sirdakka (Zirdakka) forması ilə türkcə sirt – dağ beli və dağ (taq) dağ sözlərindən ola bilər. Ardı »

Azərbaycan toponimləriArakdi

A r a k d i – Er. 881-ci ildə Assur çarı Aşşurnasirpal Urmiya gölünün ətrafına basqın edir və Ata adlı hakimin Arakdi qalasını tutur. Toponim iki cür izah olunur. Türkcə erik, xalxa-monqolca ereq, buryatca erye, kalmıkca erqe (sıldırım, yarğan, uçurum – (qayanın, dağın) kənarı, sahili sözündən və – di(-li) şəkilçisindən ibarətdir. Er. əv. 728-ci ildə adı çəkilən Arakuttu toponimi də belə izah edilə bilər. Ardı »

Azərbaycan toponimləriTarvi

T a r v i (er. əv. 714-cü il) Təbriz yaxınlığında yer adı. E. A. Qrantovski bu toponimi qədim hind dilindəki turv, tuvra – izləmək, Avesta dilində turvi – ali sözləri ilə izah etmişdir. İ. M. Dyakonova görə, bu toponim İran dillərində ikiqat qala deməkdir. Y. B. Yusifov Tarui, Tavri adını türkcə tarau – dağ qolu, çayağzı ayrılma sözü ilə bağlamışdır. Tarmakisu adını isə o, çay qolundan keç kimi izah edir. Q. Qeybullayevə görə isə bu toponim türk dillərindəki tavur (əsli tabur) – arabalardan möhkəmləndirilmiş düşərgə sözündəndir. Şimali Azərbaycandakı Tavratəpə (Göygöl rayonu), Tavradağ (Qəbələ rayonu), Tavradağ (Sədərək rayonu), Davradağ (Qax və Ardı »