P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır. Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv. 820-ci ildə Midiyada qeyd olunan Parsan (bəlkə də Parsin) qalasının eynidir. Türkcə bair, bayir təpə, yüksəklik, yarğan, sıldırım (buryat-monqolca boori hündür yer, yüksəklik, sin dağ beli yaxud, çin(q) çox hallarda şaquli sıldırımlı yayla, sıldırım, sıldırım dağ yarğanı və tu dağ sözlərindəndir. Aydındır ki, qala çətin keçidli, sıldırım yerlərdə tikilə bilərdi. Toponimin birinci komponenti Çal-Bair (Kəlbəcər rayonu), Qızıl-Bair Ardı »