Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan paytaxtlarıGəncə Turizmi

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən biiridir .Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir.

Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı:

«Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Tarixi

Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsi ndə, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə.722-705) məxsus kitabədə onun e.ə. 716-ci il də Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: “Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi... Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ Ardı »

Azərbaycan paytaxtlarıTəbriz tarix boyu bu dövlətlərin tərkibində olub:

1375-1468 Qaraqoyunlular
1469-1501 Ağqoyunlular
1501-1514 Səfəvilər
1514 Osmanlılar
1514-1534 Səfəvilər
1534-1535 Osmanlılar
1535-1548 Səfəvilər
1548 Osmanlılar
1548-1585 Səfəvilər
1585-1603 Osmanlılar
1603-1610 Səfəvilər
1610-1611 Osmanlılar
1611-1724 Səfəvilər
1724-1730 Osmanlılar
1730-1736 Səfəvilər
1736-1747 Əfşarlar sülaləsi
1747-1802 Təbriz xanlığı
1802-1827 Qacarlar
1827-1828 Rusiya İmperiyası
1828-1905 Qacarlar
1905-1911 İran Konstitusiya İnqilabı
1911-1912 Rusiya İmperiyası
1912-1925 Qacarlar
1925-1945 Pəhləvilər
1945-1946 Azərbaycan Milli Höküməti
1946-1979 Pəhləvilər
1979-1979 İran Geçici Hüküməti
1979- İran İslam Respublikası Ardı »

Azərbaycan paytaxtlarıGəncə Tarixi

Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu Ardı »

Azərbaycan paytaxtlarıQazaka Azərgüşnasp məbədi

Azərgüşnasp məbədi Atropatenanın Qazaka şəhərində yerləşməklə zərdüştiliyin əsas məbədlərindən biri olmuşdur. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.

X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzində gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.

İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir Ardı »

Azərbaycan paytaxtlarıTəbriz Coğrafiyası

Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal (Aynalı) və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir. Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır. Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh Ardı »

Azərbaycan paytaxtlarıNaxçıvanda Elm və təhsil

Orta əsrlərdə şərqin mühüm şəhərlərində olduğu kimi Naxçıvanda da məktəb və mədrəsələr mövcud idi. XIX əsrin I yarısında Naxçıvanda mədrəsə ilə yanaşı, ibtidau rus məktəbləri də açıldı. 15 mart, 1837 – ci ildə Naxçıvanda ilk qəza məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və sair fənnlər tədris olunurdu. M. T. Sidqi Naxçıvanda “Tərbiyyə” (“Məktəbi-tərbiyyə”) məktəbini təsis etmişdi. Məktəbdə dövrün qabaqcıl ziyalıları dərs deyirdi.

Naxçıvan, MR – in paytaxtı kimi Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Ümumtəhsil məktəbləri, uşaq bağçaları, məktəbdənkənar uşaq tərbiyyə müəsissələri, musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Şəhərdə şahmat məktəbi, “Dinamo” cəmiyyətinin idman kompleksi Ardı »