Azərbaycan paytaxtları → Gəncədə Yeni Layihələr
Heydər Əliyev Mərkəzində tikinti işləri
Heydər Əliyevin adını daşıyan parkda da əsaslı tikinti-bərpa işləri aparılır. Ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin inşasına başlanılmışdır. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 7500 kvadratmetrdən ibarət olacaqdır. Burada eni 20, uzunluğu 50 metr, girişdə hündürlüyü 43 metr olan «Zəfər tağı» da inşa ediləcəkdir. Mərkəzin birinci mərtəbəsində sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və kütləvi kitabxana, üçüncü mərtəbədə isə konfrans zalı, müşavirə otağı, həmçinin 400 yerlik iclas zalı da nəzərdə tutulmuşdur. Bunlarla yanaşı, Mərkəzdə müxtəlif dekorativ və sosial tikililər inşa ediləcək. Parkın Ardı »