Azərbaycan paytaxtları → Qəbələ Tarixi
Qəbələ Böyük Plinidə (23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı" Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 Ardı »