Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MaraqsızÇılpaq qadınlardan ilhamlanaraq yaradılan jurnal

Yəqin ki, “Playboy” haqqında eşitməyən kişi yoxdur. İlk dəfə 1953-cü ildə yayımlanan jurnalın maraqlı yaranma tarixi var. Keçən il 60 yaşını qeyd edən “Playboy” jurnalı internetlə gərgin rəqabət aparsa da, bu gün də öz məşhurluğunu qoruyub saxlayır. Jurnal ilk dəfə çıxanda üz qapağında hələ karyerasının əvvəllərində olan Merlin Monronun 1949-cu ildə çəkilmiş çılpaq rəsmi yayımlanır. Borc pulla, bir mətbəx masası üzərində ilk nömrəsi hazırlanan jurnal tezliklə böyük səs-küyə səbəb olur, pornoqrafiyanı yaymaqda günahlandırılaraq Çin, Hindistan, Birma, Malaziya, İndoneziya kimi bir çox ölkələrdə yayımına qadağa qoyulur.
Jurnalın yaradıcısı Hugh Hefner əsgərlik vaxtı hər yerdən asılan çılpaq qadın şəkillərindən ilhamlanaraq bu jurnalı yaratmışdı. Təsadüfi Ardı »

MaraqsızAçıq dərili insanlara bəd xəbər

Dəri rənginə görə insanların tez və ya gec yaşlanacağını müəyyənləşdirmək olur. Bu nəticəyə gəlmək üçün aparılan araşdırmalara əsasən açıq dərili insanlar daha tez qocalır.
Mütəxəssislərin sözlərinə görə, dəri rəngi nə qədər açıqdırsa, bu həmin orqanizmin bir o qədər tez qocalacağından xəbər verir. Bunun səbəbi isə belə izah olunur: dərinin yaşlanmasına səbəb olan əsas iki faktor var: xronoloji yaşlanma və foto yaşlanma. Xronoloji yaşlanma yaş ötdükcə insan orqanizminin qocalması nəticəsində meydana gəlir və onu tam olaraq aradan qaldırmaq mümkün deyil, yalnız sürətli inkişafını ləngitmək olar. İkincisi isə günəş şüalarının insan vücuduna təsiri nəticəsində yaranır. Bu təsirlər isə dəri rəngindən aslı olaraq dəyişir.
Dəriyə rəng Ardı »

MaraqsızOrqazm zamanı qadının hiss etdikləri

Müxtəlif hadisələr insan psixologiyasına fərqli cür təsir edir, beynində müxtəlif formada əks olunur. Bu dəfə elm adamları orqazm zamanı qadın beynində baş verən prosesləri araşdırmağa çalışıblar. Bunun üçün qadın beynində orqazmdan əvvəl, orqazm zamanı və sonra baş verən dəyişiklikləri əks etdirən animasiya filmi çəkilib. Bu animasiya göstərib ki, orqazm zamanı beynin fərqli bölgələri müəyyən ahəng üzrə hərəkət edir. Bu animasiyanı çəkmək üçün mütəxəssislər bir könüllü iştirakçıdan funsional maqnetik rezonas görüntüləmə maşınına uzanmasını istəyiblər. Masturbasiya zamanı könüllünün beyninin fəaliyyəti müşahidə edilib.
Bu araşdırmanın əsas məqsədi qadınlarla kişilərin müxtəlif vaxtlarda orqazm olmasının səbəbini araşdırmaq və bu zaman tərəflərin yaşadıqları hissləri müqayisə etmək olub. Araşdırma Ardı »

MaraqsızYaponiyaya getsəniz, bu yeməyi yeməyin!

Yaponiyada ənənəvi yeni il yeməyi hesab edilən mochi ilin yeni başlamasına baxmayaraq bu il 9 nəfərin ölümünə səbəb olub.
Yeni ilin ilk üç günündə paytaxt Tokioda mochi yeyən 128 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bu üç gün ərzində onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Həmçinin Yaponiyanın digər bölgələrində də bu vəziyyət müşahidə edilib. 2015- ci ilin ilkin nəticələrinə görə hələ ki, bu yemək 9 nəfərin “qatilidir”.
Qeyd edək ki, 2011 ci-ildə 8, 2012 ci-ildə 2, 2013 cü-ildə 3 nəfər bu yeməyi yeyərkən boğularaq dünyasını dəyişmişdi.
Düyünün üyüdülərək un formasına salınması və ya qaynadılması ilə hazırlanan bu yemək yaponların yeni il menyusunda xüsusi yer Ardı »

MaraqsızÇində heyvanlar pornoya baxır

Statistikaya əsasən dünyada pornoqrafik kino və video sujetlərin istehsalına görə Almaniya liderlik edir. Bu ölkədə hər ay təxminən 600 yeni pornoqrafik film satış bazarına çıxarılır. Bu videolarda əsas dil kimi ingilis dilindən istifadə edilsə belə, hər ay təxminən 78 milyona yaxın pornovideo diskləri satılır.
Maraqlısı isə bundan ibarətdir ki, Çində ən çox pornovideo kasset alıcıları baytarlardır. Onlar heyvanların cütləşməsi üçün bu üsuldan istifadə edirlər. Belə ki, çox vaxt təbii mühitdə böyüməyən heyvanlar özlərini necə idarə etməli olduqlarını, cütləşməni bilmirlər. Bunun üçün onlara göstərilən belə videolar müəyyən mənada onları yönləndirir. Bu əsas sınaq kimi ilk dəfə pandalar üzərində təcrübədən keçirilib. Dörd yaşına qədər Ardı »

MaraqsızBurnu zırpı kişilər…

“Üz oxuma sənəti” kitabının müəllifi Saymon Braun kişilərin burun formasının onların xasiyyətindən xəbər verən ən birinci işarə olduğunu bildirib. Müəllif kişiləri burun ölçülərinə uyğun olaraq aşağıdakı kimi qruplara ayırıb.
1.Böyük, əyri burunlu kişilər öz sakitliyi və təmkinliliyi ilə seçilirlər, onlar hətta ən gərgin situasiyada belə əsəblərini sakitləşdirməyi bacarırlar. Əsasən sakit həyat tərzi keçirən bu insanlar çox az hallarda yataqda dəyişiklik etmək barədə düşünürlər.
2.Çox da böyük olmayan, əyri, ucu aşağı əyilmiş burunlu kişilər qəhrəman sevgilidirlər. Əgər belə bir kişiylə qarşılaşmısınızsa ehtiyatlı olmağınız vacibdir. Qarşınızdakının klassik bir kazanova olması ehtimalı olduqca yüksəkdir. Seks oyunları və qeyri-adi yerlərdə sekslə məşğul olmaq bu tip kişilərin ən Ardı »

MaraqsızBəysiz özünə toy etdi

Bəy və yaxud da gəlin iştirak etmədən baş tutan toy mərasimi təsəvvür edirsiniz? Bunu təsəvvür etmək bizə çətin görünə bilər, amma 38 yaşlı Özləm Yet bu ideyanı reallaşdıra bilib.

Haberturk.com-un verdiyi məlumata görə, kifayət qədər yaşı olmasına baxmayaraq hələ də öz kriteriyalarına uyğun bəy namizəd tapa bilməyən Özləm bu hərəkəti ilə sübut etmək istəyib ki, bəy olmadan da evlənmək mümkündür. Türkiyədə İzmit şəhərində Sabancı texniki və peşə liseyində coğrafiya müəllimi kimi çalışan xanımın bu şad günündə ailəsi, dostları, şagirdləri və onların valideynləri iştirak ediblər. Toy açıq havada, dəniz kənarında baş tutub. Məclis iştirakçılarını salamlamaq üçün tək-tək bütün stollara yaxınlaşan gəlin sonda göz Ardı »

MaraqsızEvdar qadınlar daha çox xəyanət edir

Qadın və kişinin xəyanət etmə səbəbləri uzun müddət müzakirələrə səbəb olub. Bu yöndə aparılan araşdırmalar nəticəsində tərəflərin xəyanət etməsinə səbəb olan amillər, onları aradan qaldırmaq yolları haqqında müxtəlif nəticələr əldə edilib.

Mövzu ilə əlaqədar İngiltərədə keçirilən bir sorğunun nəticələri isə belə deməyə əsas verir ki, evli cütlüklər əsasən aralarındakı isti münasibət bitdiyi zaman xəyanət edirlər. Bundan əlavə araşdırma nəticələri həmçinin onu da sübut edir ki, daha böyük şirkətlərdə işləyən və ya öz şirkətini quran kişilər xəyanət etməyə daha meyilli olurlar. İşləyən xanımlarla müqayisədə isə işsiz ev qadınları xəyanət barədə daha çox düşünürlər.

Bu araşdırma zamanı ortaya çıxan digər bir maraqlı fakt isə ondan Ardı »