Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MaraqsızÇox sevmək xəstəlik yaradır

Birinə aşiq olarkən yaşadığımız hisslər bizə hər nə qədər, xoş, maraqlı görünsə də, psixoloqların sözlərinə görə həddindən artıq sevgi insanları asanıqla “zəhərləyə” bilir. Bu zəhərlənmə isə birbaşa olaraq insanın ruhuna təsir etdiyi üçün tez zamanda hansısa dərmanlarla sağalmaq mümkün deyil.
Üsküdar Universitetinin psixoloqu Zehra Erol sevgi zəhərlənməsinin insan psixologiyasında kifayət qədər ciddi fəsadlar yaratdığını bildirir və sevgililəri bu məsələdə xüsusilə diqqətli olmağa çağırır.
Psixoloqların sözlərinə görə, qarşısındakı insana həddindən çox bağlanan, sevən insan əsas diqqətini sevgilisinə, münasibətinə ayırdığı üçün o digər mövzular barəsində sağlam düşünə bilmir. Bu zaman sevən şəxsin ovqatı da birbaşa olaraq qarşısındakı şəxsin ona göstərdiyi münasibətdən, diqqətdən asılı olaraq dəyişir. Ardı »

MaraqsızBürclərin seksual uyğunluğu

Müxtəlif bürclərin bir-biri ilə uyğunluğu astroloqların ən çox müzakirə etdiyi mövzulardandır. Bu sahədə çalışan mütəxəssislərin fikrincə, xoşbəxt ailəyə sahib olmaq istəyən şəxslərin diqqət etməli olduğu əsas məsələlərdən biri də aid olduqları bürcün hansı bürclə uyğunlaşması məsələsidir. Çünki, heç də bütün bürclər bir-biri ilə uyğunlaşmır və bu da ailədə sonradan xoşagəlməz problemlərin yaranmasına səbəb olur. Mütəxəssislərin fikrincə, bu cür problemlərlə rastlaşmamaq üçün cütlüklərin evlilikdən öncə bürc uyğunluğu “yoxlamasından” keçmələri də lazımdır.
İndi isə görək hansı bürclərin bir- biri ilə seksual uyğunluğu daha çoxdur.

Əvvəlcə, qoç bürcündən başlayaq. Qoç olduqca həssas bürclərdən hesab edilir. Buna görə də bu bürc qarşısındakı insandan da eyni həssaslığı gözləyir. Ardı »

Maraqsız“Başqaları ilə seks yaşamaq evliliyi uzunömrlü edir”

Bu yaxınlarda “Sun” qəzetində yer alan bir məqalə bütün oxucular tərəfindən birmənalı qarşılanmayıb. Qəzetə müsahibə verən Sarah ve David Rose cütlüyü evli olduqları il yarım ərzində 500 nəfərlə cinsi münasibətdə olduqlarını bildiriblər. Cütlüyün sözlərinə görə onların bu addımı atmasına əsas səbəb evliliklərini gücləndirmək, münasibətlərinə rəng qatmaq olub.
41 yaşında iki uşaq anası olan Sarah müsahibəsində bunları qeyd edib: “David və mən hələ də bir-birimizi ilk günkü kimi sevirik. Məncə, bunun əsas səbəbi bizim tez-tez tərəf müqabili dəyişdirməyimizdir. Bizim fikrimizcə, başqaları ilə seks yaşamaq evliliyi uzunömrlü edir”.
Cütlüyün sözlərinə görə, bir çox dostları onların bu hərəkətinə qarşı çıxsa, buna görə dostluq əlaqələrini kəssələr də, Ardı »

MaraqsızDünyanın ən güclü 5 qadını

8 mart- Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bu dəfəki məqaləmizdə sizi dünyanın ən güclü beş qadını ilə tanış etmək istəyirik.
“Forbes” jurnalı hər il dünyanın ən güclü qadınlarının siyahısını təqdim edir. Bu dəfəki siyahıyda da 100 ən güclü iş qadının adı yer alıb. İndi o qadınlardan beşini daha yaxından tanıyaq.

Mary Barra
Amerikan avtomobil istehsalçısı General Motorsun (GM) direktoru olan bu xanım siyahıdakı ilk yerə sahiblik edir. 52 yaşlı Mary Barra bu şirkətdə adi elektrik mühəndisi kimi fəaliyyətə başlamasına baxmayaraq, direktor vəzifəsinə qədər yüksəlməyi bacarıb. İndi bir çox kişinin həsrətində olduğu güc sahibidir.

mary-barra-01-medium

Virginia Rometty
Informasiya nəhəngi olan IBM dünyadakı ən varlı şirkətlərdən hesab edilir. Onun Ardı »

MaraqsızKeyfiyyətli şərabı belə seçərlər

Sevdiyiniz insanla yaddaqalan şam yeməyi təşkil etmək istəyirsinizsə, seçdiyiniz yerin keyfiyyətindən tutmuş, sifariş verdiyiniz yeməyin, içkinin keyfiyyətinə qədər hər şeyə xüsusi həssaslıqla yanaşmalısınız. Çünki sizə hiss etdirməsə də, qadın bütün bu incəliklərə diqqətlə fikir verir.
Bu dəfə sizə romantik görüşlərin əsas yaraşığı sayılan şərab seçimi haqqında məlumat vermək istəyirik. Keyfiyyətli şərab necə olur? Onun keyfiyyəti nələrdən aslıdır?
Şərabın keyfiyyətini yoxlamaq üçün dad alma, qoxulama, görmə duyğularının hamısından istifadə etməliyik. Çalışın ki, şərabı dadmazdan öncə çox acı, turş, şirin yeməklərdən uzaq durasınız. Çünki bu zaman ağız dadınız şərabın əsil dadını hiss etməyinizə mane olacaq.

Doğru qədəh seçimi
Şərabın əsil dadını hiss etmək istəyirsinizə, ilk olaraq seçdiyiniz Ardı »

MaraqsızNeqativ fikirlərdən necə qurtulaq?

Amerikalı elm adamları neqativ düşüncələrdən qurtulmağın asan yolunu tapıblar.
Sən demə, neqativ yönümlü düşüncələri vərəqlərə yazıb zibil qutusuna atmaqla onlardan asanlıqla qurtulmaq olurmuş. Alimlər bu üsulun insanın özünü ruhi cəhətdən daha rahat hiss etməsinə şərait yaradığı qənaətinə gəliblər.Bu araşdırmanı həyata keçirən Ohio Universitetinin professoru Richard Petty öz müsahibəsində bildirib: “Ola bilsin ki, bu üsul çoxlarına ağılsızlıq kimi görünəcək, amma bu da bir gerçəklikdir ki, insanların beyinlərini məşğul edən neqativ düşüncələr onların gündəlik həyatında da özün göstərir. Bu düşüncələr insanlara psixoloji yöndən təsir. Buna görə də belə bir üsulun faydalı olacağını düşündük”.

Elm adamları bu məsələ ilə bağlı üç təcrübə sınaqdan keçiriblər.

İnternet məkanında həyat Ardı »

Maraqsızİçkini de mənə, deyim kimsən

Qarşınızdakı kişinin xasiyyətini anlamaq istəyirsinizsə, onun cəmiyyətdəki davranışlarına, geyim tərzinə, insanlarla ünsiyyət qurma etikasına, yerişinə diqqət yetirməyiniz kifayətdir. Qadınlarla müqayisədə kişilər sizə nəyisə mesaj ötürməyə çalışmırlar. Birbaşa olaraq demək istədiklərini bildirirlər.
Psixoloqların sözlərinə görə, bir kişinin xasiyyətini öyrənmək istəyirsinizsə, həm də üstünlük verdiyi içkiyə diqqət yetirməlisiniz. Çünki insanların yemək və içki seçimi onların daxili dünyasından xəbər verir. Yəni, əziz qadınlar bəyəndiyiniz kişinin xasiyyətini öyrənmək üçün maksimum 4-5 görüş kifayət edə bilər. Əsas odur ki, bu zaman onun yemək və içki sifarişinə diqqət yetirəsiniz.
Buna görə biz də budəfəki məqalədə sizə xasiyyətə görə içki seçimi haqqında məlumat verəcəyik.

Mineral sular
Çoxsaylı araşdırmalar belə deməyə əsas Ardı »

MaraqsızXəyanətə qarşı sprey tapılıb

İnsanın müxtəlif hadisələrə qarşı göstərdiyi reaksiya əslində həmin hadisənin onun hormanlarına etdiyi təsir ilə bağlıdır. Elə bu fikri əsas tutan Bonn Universitetinin professoru Rene Hurlemann bir araşdırma nəticəsində sevgililərin bir-birini aldatmasına səbəb olan hormonu aşkarlayıb və ona qarşı dərman hazırlamaq qərarına gəlib.
Sizə qəribə gələ bilər, amma həmin almanyalı professor bir ildən sonra bu məqsədinə nail olmağı bacarıb. Onun fikrincə, il ərzində minlərlə ailənin dağılmasına səbəb olan xəyanətin qarşısını almaq üçün yalnız ictimai qınaq kifayət deyil. Xəyanət instiktinin yaranmasına əsas səbəb oxycotin hormonunun azlığıdır. Kişilər üzərində keçirilən təcrübə nəticəsində məlum olub ki, bu hormonun səviyyəsi yüksək olan kişilər qadınlarına xəyanət etmək barədə Ardı »