Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TexnobazTelefonunuzun enerjisi bitməyəcək

Bu gün biz istəsək də, istəməsək də texnologiya həyatımıza bu və ya digər dərəcədə daxil olub. İş ilə əlaqədar olaraq günümüzün müəyyən hissəsində müxtəlif texnoliji alətlərdən istifadə edirik. Bu zaman çoxumuzu narahat edən əsas məsələ istifadə etdiyimiz texnologiyanın uzun müddət enerji saxlamamasıdır. Yəqin ki, hər birimiz ömürboyu enerjisi bitməyən bir telefon və ya kompyuterimizin olmasını çox istərdik. Bu gün bu arzumuzu reallaşdıracaq texnologiya olmasa da, ən azından istifadə etdiyimiz texnologiyanın uzun müddət enerji saxlaması bizdən aslıdır. İndi sizə İOS və Android sistemi ilə çalışan tabletlərinizin uzun müddət enerji saxlaması üçün bəzi məsləhətlər vermək istəyirik.

İstifadə etmədiyiniz müxtəlif tətbiqetmələr
İOS və Android sistemləri ilə Ardı »

TexnobazAz benzinlə çox yol getmək istəyənlər oxusun

Əksər sürücülər vacib lazım olmadığı müddətcə avtomobildən istifadə etmək istəmirlər. Əgər sizi mənzil başına çatdıracaq rahat və ucuz ictimai nəqliyyat vasitəsi varsa, bu tam məqsədəuyğun qərardır. Amma belə bir imkanınız yoxdursa, təssüflənməyə dəyməz. Bu dəfəki məqaləmizdə sizə daha az yanacaq istifadə edərək istədiyiniz ünvana çatmağın yolları barədə məlumat verəcəyik.

1. Prioritet olaraq ən böyük düşməniniz yüksək sürətdir. Avtomobili nə qədər sürətlə idarə etsəniz, o bir o qədər çox müqavimətlə rastlaşır və orta sürətlə hərəkətə nisbətən iki dəfə daha artıq enerji xərcləyir.

2. Qəfil şəkildə döngələr dönmək avtomobilinizin daha çox enerji itirməsinə səbəb olur. Buna görə də daha yaxşı olar ki, döngələrdə girişdə və Ardı »

TexnobaziPhone-dan yeni texnologiya

iPhone 5s istifadə edən oxucularımız üçün sevindirici xəbərimiz var!

Apple iPhone-un bu yenilənmiş versiyası üçün “iPin” adlanan maraqlı və faydalı bir proqram təminatı hazırlayıb. Belə ki, “iPin” telefonunuzun qulaqcıq yuvasına yerləşdirilir və iPhone-unuzu lazer göstərici kimi istifadə etməyə imkan verir. Bu aplikasiya sizə müxtəlif təlim və təqdimatlarda çox böyük kömək edə bilər. Bu arada Ipin-inizi telefonunuzdan çıxartmadan zəng edə, eləcə də zəng qəbul edə bilərsiniz. Rahat danışmaq üçün sadəcə onun “turn off” düyməsini basmağınız kifayətdir. Ardı »

TexnobazGünəş enerjisi ilə işləyən təyyarə

Alternativ enerji vasitələrinin tapılması insanları gələcəkdə yarana biləcək problemlərdən sığortalayır. Alternativ vasitə kimi üzərində düşünülən əsas enerji qaynaqlarından biri də günəş enerjisidir. Elə gələcək təyyarələrdə də əsas yanacaq vasitəsi kimi günəş enerjisindən istifadə edilməsi nəzərdə tutulur. 2015-ci ildə uçuş həyata keçirməsi planlaşdırılan Günəş batareyalı təyyarə bu yaxınlarda özünün ilk uçuşunu yerinə yetirib.
“Solar Impulse 2″ adlandırılan təyyarə İsveçrənin Payern aerodromundan havaya qalxıb. Bu, ötən il təqdim edilmiş “Solar Impulse” adlı Günəş enerjisi ilə işləyən təyyarənin yenilənmiş versiyasıdır. Təyyarə Amerika Birləşmiş Ştatları ərazisi üzərindən uçub. Uçuş zamanı kabinədə yalnız təyyarəçi Marks Şerdel olub.
Günəş enerjisi ilə işləyən bu təyyarənin ağırlığı 2,3 ton təşkil edir. Ardı »

TexnobazTibbi cihazlar əvəzinə ağıllı alətlər

Son illərdə texnologiyanın inkişafı nəticəsində gündəlik istifadə etdiyimiz bir neçə alətin funksiyaları eyni texnoloji vasitədə cəmlənib. Məsələn, əgər əvvəllər musiqi dinləmək, şəkil çəkmək, cəhəti müəyyən etmək, kinoya, televizora baxmaq üçün ayrı-ayrı alətlərdən istifadə edirdiksə, hazırda bütün bu istəklərimizi eyni bir alət vasitəsi ilə reallaşdıra bilirik.
Texnikanın bu inkişafı isə özünü müxtəlif elm sahələrində biruzə verir. Mütəxəssislərin sözlərinə görə, texnikanın inkişafı gələcəkdə tibb sahəsində lüzumsuz hesab edilən bəzi müayinələri, get-gəlləri aradan qaldıracaq. Belə ki, müalicə müddətində mütəmadi olaraq həkim yanına getməyə, müayinədən keçməyə vaxt tapmayan və fiziki cəhətdən bu imkanı olmayan xəstələr artıq özləri-özlərinin həkimi ola biləcəklər. Onların sözlərinə görə, yaxın gələcəkdə kiçik Ardı »

TexnobazAvtomobil alarkən bunlara diqqət etmək vacibdir

Avtomobillər haqqında o qədər də geniş məlumatı olmayan alıcılar adətən maşın alarkən yalnız onun xarici görünüşünə fikir verirlər. Bu isə təbii olaraq çox qısa zamanda onların avtomobildən şikayətlənməsinə, seçimlərindən narazılıq etmələrinə səbəb olur. Bu dəfəki məqalədə sonradan peşmanlıq çəkməmək üçün sizə avtomobil alarkən diqqət etməli olduğumuz bəzi detallar haqqında məlumat vermək istəyirik.
Deyək ki, avtomobil bazarınıza getdiniz, burada diqqətinizi cəlb edən onlarla model var. Bəs onların içərisində sizin istədiyiniz hansıdır?
Bu suala cavab tapmazdan əvvəl sneçə nəfərlik minik vasitəsinə ehtiyacınız olduğunu və onu hansı hava, iqlim, yol şəraitində istifadə edəcəyinizi nəzərə almamlısınız. İki nəfərlik maşın sizin üçün yetərlidir, yoxsa beş nəfərlik oturacaqlar belə Ardı »

Texnobazİnfarkt riskin müəyyən edən cihaz

Mütəxəssislər çox zaman texnologiyanın insan orqanizminə olan mənfi təsirlərindən danışırlar. Amma bu yaxınlarda Apple şirkətinin bazara çıxarmaq istədiyi yeni texnoloji alət insan sağlamlığına ziyan deyil, xeyir gətimək üçün planlanıb. Belə ki, şirkət bu yaxınlarda satışa çıxaracağı yeni məhsulla sağlamlığına qarşı həssas olan insanların işini daha da asanlaşdıracaq. Müəllifi Tomlinson Holman olan bu yeni cihazla qanın damarlarda hərəkət edərkən çıxardığı səsi analiz edib bunun nəticəsində ürəyin sağlamlıq dərəcəsini müəyyənləşdirmək mükün olacaq. Apple şirkəti adı çəkilən texnologiyadan istifadə etmək üçün onu insan bədəninə yerləşdirmək barədə düşünür. Bunun üçün isə ən ideal üsul kimi Apple onu ağıllı saatı olan İwatchın içinə yerləşdirmək istəyir. Şirkət Ardı »

TexnobazHidrogen və hava ilə çalışan avtomobil

Yapon avtomobil nəhəngi “Toyota” Las Vegasda təşkil edilən avtomobil sərgisində yeni nəsil hibrit avtomobilini təqdim edib. Bu yeni avtomobilin əsas özəlliyi onun hidrogen və hava qarışığı ilə çalışmasıdır. Şirkət rəsmiləri yeni avtomobil haqqında məlumat verərəkən bildiriblər: “Avtomobillərdə hidrogen qazından əsas enerji vasitəsi kimi istifadə etmək məsələsi uzun illərdir ki, müzakirə edilirdi, lakin bu asanlıqla reallaşdırıla bilən bir istək deyildi. Biz də bu mövzu üzərində çox baş sındırmalı olduq”.

Belə bir avtomobilin istehsal edilməsi eyni zamanda hidrogen enerjisinin satışı ilə məşğul olan enerjidoldurma mərkəzlərinin yaradılması fikrini ortaya çıxarıb. Bu ideanı reallaşdırmaq üçün hazırda “Tayota” Kaliforniya Universiteti ilə əməkdaşlıq edir. Yaxın gələcəkdə Ardı »