Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Quba soyqırımı

Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri davam etdirilir.

Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib

Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Tapıntıdan sonra stadionda işlər dayandırılıb. Ardı »

Ümumi → Varsan

Varsan – Muğanın qədim şəhərlərindən biri. Varsan şəhəri əski vartan-artan-altan sözündən yaranıb. Açması altın, qızıl yurd dеməkdir. Altan adı sоnralar Оltan sözünə çеvrilib.
Varsan haqqında[redaktə]

…Gözəl yurd Оltan yеri,
Şah yurdu, sоltan yеri.
Ya düşmən оl, gеndə dur,
Ya yоldaş оl, tən yеri.

Yarı gördüm Varsanda.
Dоst yanına var san da.
Sinən əttar dükanı,
Hər nə dеsən var sanda.

Оltan yеrinin vəsfində Arasbarlı Хançоban dеyirdi:

Qоyunu yüz еylədim, bu yеrdə qışlaq еtmənəm,
Ziynəti mülkü-Muğan Оltanı gözlər gözlərim…

Aşıq Abbas Tufarqanlı "Varsağı" ayağında bir nеçə yarpaqlıq qоşqu söyləyib. Həmin qоşquda dеyilir:

Əttar dükanında bir mоlla gördüm,
Itirib imanın varsağını gör.
Əcəl piyaləsin tutub dəstində
Dоldurub zəhrinən var sağını gör.

Bitib dоst bağında canım alması,
Üzmə, kamil dеyil canım alması.
Nеcə Ardı »

Ümumi → Azərbaycan filmlərinin il siyahısı (1940-1949)

1940[redaktə]
Ankilostomidoz (film, 1940) (qısametrajlı sənədli film)
Azadlıq və sevinc bayramı (film, 1940) (qısametrajlı sənədli film)
Bakı bolşevikləri (film, 1940) (qısametrajlı sənədli film)
Bakı hazırdır (film, 1940) (qısametrajlı sənədli film)
Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (film, 1940) (qısametrajlı sənədli film)
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940) (qısametrajlı sənədli film)
Hava həyəcanı siqnalı ilə (film, 1940) (qısametrajlı sənədli film)
Hava hücumundan müdafiə (film, 1940) (qısametrajlı sənədli film)
İyirminci bahar (film, 1940) (qısametrajlı sənədli film)
Qazmada rejim (film, 1940) (qısametrajlı sənədli film)
Neft və pambıq respublikasında (film, 1940) (qısametrajlı sənədli film)
Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
Yeni həyat vadisi (film, 1940) (qısametrajlı sənədli film)
Yeni horizont (film, 1940) (tammetrajlı bədii film)
Zaqatala (film, Ardı »

Ümumi → Fit qalası

Fit qalası - Şirvanşahların son iqamətgahı olub. Bu qala Şamaxı şəhərindən 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında yerləşir və Lahıc dağları ilə əhatə olunub. Fit qalası əlçatmaz bir yerdə yerləşir. Divarların eni 3 metrdir. Divarların müəyyən hissəsi uçduğundan tam olaraq hündürlüyü məlum deyil. Lakin divarların hündürlüyünün ən azı 5 metr olduğu güman edilir. Dağın ən hündür yerində xan evi adlanan böyük bina yerləşir. Bəzi tədqiqatçılar bu qalanın hətta III əsrdə Qafqaz Albaniyası dövründə də müdafiə qalası olduğunu bildirirlər. Başqa məlumatlarda isə qala Şirvanşahlar dövrünə aid edilir. Şirvan xanı Mustafa xan Fit qalasının ətrafında üç arşın enində divar tikdirmişdir. 1795-ci Ardı »

Ümumi → Manna dövlətinin süqutu

Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. "Gedd salnaməsi" məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir aldı. Gedd salnaməsində bu haqqda deyilir:

"Nabu-apal-usurun (Nabopalasar) 10-cu ilində, ayar ayında o, Akkadın qoşununu yığdı və Purattu çayının kənarı ilə getdi; Suxeylilər və Xindanlılar onunla döyüşə girişməyib öz vergilərini onun qabağına qoydular. Ab ayında onlar xəbər verdilər ki, Assuriya qoşunları Kablindədir; Nabu-apal-usur onlara qarşı qalxıb, ab ayının 12-də Assuriya qoşunu ilə döyüş etdi, Ardı »

Ümumi → Bağrəvan

Bağrəvan — Azərbaycanda tarixi qala-şəhər.

Qalanın harada yerləşdiyi dəqiq məlum deyil. Ərəb coğrafiyaşünası Yaqut-əl Həməvi (1179-1226) Bağrəvanın Şirvan yaxınlığında, Bab-əl Əbvab (Dərbənd) vilayətində, İran tarixçisi Həmdullah Qəzvini isə Muğanda yerləşdiyini yazıb. Qala-şəhər VII əsrdə ərəblərə ciddi müqavimət göstərib. Ehtimal ki, XIII əsrdə Azərbaycana monqol yürüşləri zamanı dağıdılıb. Ardı »

Ümumi → I Boris

İlk dövrləri[redaktə]
852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu.

Serbiya[redaktə]
Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı Ardı »

Ümumi → Şiz qalası - Memarlıq xüsusiyyətləri

Şiz qalası 12400 kv. m. əraziyə malikdir. Qala dəniz səviyyəsindən 24500 m, ətrafında olan sahələrdən isə 18-20 m hündürdə yerləşir. Qala divarları daş və əhənglə tikilmişdir. Qala 36 bürcə malikdir. Yarımdairəvi formada olan bürclər biri digərindən 22-26 m aralıda yerləşərək hər biri 10 m enə malikdir. Qalanın Şimal qapısı 5,3 m hündürlüyə və ¾ m enə malikdir. Ümumiyyətlə qala divarının hündürlüyü 7,3 - 8,3 m, eni isə 3,9 m-dir.

Qala divarları böyük-kiçik sal daşlardan tikilərək 7,5 metr hündürlüyə malikdir. Qala divarlarına Sasani dövrünü tikinti üslubunda yonulmuş daşlardan üzlük çəkilmişdir. Qazıntı rəhbərinin fikrincə bu daş üzlük Sasanilərin son dövründə qala divarına əlavə edilmişdir. Ardı »