Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiAzadıstan

Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə 1917-ci ildə başlamış, həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir.

Birinci dünya müharibəsində İran torpaqlarını işğal edən Osmanlı ordusu Təbriz və Urmiya şəhərlərini tutur. Osmanlı ordusunun Azərbaycan bölgəsini işğal etməsinin əleyhinə çıxan Şeyx Məhəmməd Xiyabani və yoldaşları həbs edilir və qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə aparırlar. Noyabr 1918-ci ildə Osmanlı ordusunun geri çəkilməsindən sonra Xiyabani İrana qayıtmış və Azərbaycan Demokrat Partiyasının fəaliyyətini yenidən canlandırmışdır.

1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səsləndirildi. Mitinq Ardı »

ÜmumiAzanın hakimiyyəti

İranzunun ölümündən (e. ə. 719 və 716-cı illər) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının Ardı »

ÜmumiƏn yeni tarix Müstəqil Azərbaycan dövləti

Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsi və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi.

1991 və 1992-ci ilin I yarısında Respublikaya rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha Ardı »

ÜmumiQarabağ atlı alayı

Qarabağ atlı alayı — Çar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu.

Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi. Ardı »

ÜmumiNaxçıvan şəhəri - Monqol yürüşləri və Hülakülər

1221 – ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225 – ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30 – cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257 – ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.

XIII – XIV əsrlərdə Naxçıvan Azərbaycanda və ümumiyyətlə, şərqdə gedən siyasi, iqtisadi və mədəni proseslərin mərkəzlərindən birinə çevirilmişdi. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairlərində olan Naxçıvan bu sülalələrin siyasi həyatında yaxından iştirak edirdi. Şəhər həmin sülalələrin təyin etdikləri nümayəndələr tərəfindən idarə olunurdu.

1253 – cü ildə Naxçıvanda olmuş flamand səyyahı Ardı »

ÜmumiBorçalı distansiyası

Borçalı distansiyası (rus. Борчалинская дистанция) — Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyasının Loru qəzası (1804-cü ildən Tiflis qəzası) tərkibində 24[q 1] sentyabr 1801 – 22[q 2] aprel 1840-cı illərdə mövcud olmuşdur.

Kürəkçay müqaviləsinədək
180128[q 3] fevral; General-mayor Lazarev İvan Petroviçin əmri ilə Tiflisdəki Sioni məbədinə yığılmış gürcü əyanlarına Rusiya imperatoru I Pavelin 30[q 4] dekabr 1800-cü il tarixində imzaladığı Kartli-Kaxetiya krallığının (və onun vassallarının) birdəfəlik Rusiya İmperiyasına birləşdirilməsi haqqında manifest oxundu.
18011[q 5] mart; Tiflis şəhəri əhalisinin çoxunu təşkil edən erməni dinindən olanlar üçün Vəng kilsəsində manifest erməni dilində oxunmuş, bundan sonra kapitan Taqanov başçılıq etdiyi 24 Ardı »

ÜmumiBakı qalası

Bakı qalası, Bakı şəhəri (Orta əsrlərdə), İçəri şəhər (müasir dövrdə) - Abşeron qalalarının ən böyüyü və mükəmməli. Qala ikiqatlı divardan ibarət olub. Birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilmişdir. Lakin ikinci qala divarları Azərbaycanda rus çarizminin hakimiyyəti dövründə uçurularaq məhv edilib. Birinci qala divarı isə hələ də qalmaqdadır. Bakı qalasının iki qapısı olub. Onlardan biri Xəzər dənizinə, digəri isə quruya açılırmış.

Bakı qalasının mifik müdafiəçisi də olub. Xalq arasında yayılan əfsanəyə görə Bakı qalasını əfsanəvi nəhəng buğanın müsbət aurası qoruyurmuş. Bu buğanı isə iki böyük şir müdafiə edirmiş. Bakı qalası bir çox tarixi hadisələrə şahid olmuş, Ardı »

ÜmumiKəmaləddin Behzad

Həyatı[redaktə]
Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır.

Şah İsmayıl Xətainin isdedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi Ardı »