Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Mixail (Bolqarıstan şahzadəsi)

Mixail — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu. Ardı »

Ümumi → Məaf

Qarabağ xanlığında məaf adı daha çox işlək idi. Hərbi qulluqda və ya mülkü xidmətdə göstərdikləri müəyyən səylərə görə adi şəxslər xanlardan tarxanlıq torpaq, mülk, soyurqal alırdılar. Onlar xan fərmanı, təliqəsi ilə hər cür mükəlləfiyyətlərdən azad olunurdular. Vergidən azad şəxslərə məaflar deyirdilər.

Bir arxiv sənədində deyilir: "məaflar vəzifəsi ondan ibarətdir ki, xanların hökmü ilə düşmənə qarşı hücuma göndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirdilər" (Bax: MDTA, fond 91, iş 78, vər. 268)

Məaflıq həm bir şəxsə, həm də bütövlükdə bir obaya, hətta elə də aid edilirdi. Xanlıq dönəmində Cavanşir, Otuziki və başqa ellərin sıravi eldaşları da məaf sayılırdılar. Ardı »

Ümumi → Muğan Müvəqqəti Hərbi Diktaturası İnzibati quruluşu

Diktaturanın paytaxtı Göytəpə kəndi idi. Əhali əsasən rus koloniyalarından ibarət idi. Ərazisi qərbdə Ərdəbilin Biləsuvar şəhəri, cənubda Lənkəranın Nərimanabad kəndi, şərqdə Neftçalanın Qaçaqkənd kəndinəcən uzanan bir bölgədə yerləşirdi. Ardı »

Ümumi → Nişani-Qüds ordeni

Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı.Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi.Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı. Ardı »

Ümumi → Yardarlıq

Yardarlıq - torpaq icarəsinin formalarından biri. Y.-da torpağın mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Y. xırda fermer təsərrüfatı istehsalçılarının əsasən kapitalizməqədərki dövrdə zəif istismarı formasını əks etdirir. Kapitalist istehsal üsulunun yaranması şəraitində y. feodal torpaq icarəsindən burju torpaq icarəsinə keçid forması olmuşdur. XX yüzilliyin əvvəllərində Azərbaycanda da y. yarımicarə forması mövcud olmuşdur. Y. ABŞ-da, İtaliyada və İspaniyada indi də mövcuddur. Ardı »

Ümumi → Ömər Xəlvəti

Ömər Xəlvəti - Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi.

Haqqında[redaktə]
Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə Ardı »

Ümumi → Arran

Arran (Aran) - antik dövr və orta əsrlərdə Kür və Araz çaylarının qovuşduğu yerdə, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş, İslamdan əvvəlki dövrdə təqribən indiki Azərbaycan Respublikasının yerləşdiyi tarixi-coğrafi məkan. Arran sözünə həm alban, həm fars, həm də ərəb mənbələrində rast gəlmək mümkündür.

Müasir günümüzdə də Aran adlanan ərazi Azərbaycan Respublikasının bir hissəsidir. Buraya antik dövrdə olduğu kimi Mil və Muğan düzləri daxildir (Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları) Ardı »

Ümumi → Qara İsgəndər

Qara İsgəndər — 1421-1429 və 1431-1435-ci illərdə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur.
Ölümü
O, 1436-cı ildə öz oğlu Şah Qubad tərəfindən öldürüldü. Ardı »