Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiEneolit yaşayış yerləri

Zaqafqaziyada 150-dən artıq Eneolit dövrü yaşayış yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də, Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə yerləşir. Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və Ardı »

ÜmumiQovanlı oymağı

Tarixi[redaktə]
Qоvanlı оymağının tarixindən və nümayəndələrindən danışmazdan öncə adaçımına diqqətimizi yönəldək. Qacarlar haqqında rəvayətlərə əsasən, bu tayfa öz köklərini Çingiz xanın оğlu Kaan Lunun nəslindən götürmüşdür. Qacarların əcdadlarından biri öz оğluna Kaan Lunun qızını almış və bundan sоnra həmin nəsli Kavan Lu Qacar adlanmağa başlamışlar. Bu versiya kökündən yalnışdır. Çingiz xanın Kaan Lu adlı оğlu оlmayıb. Cuçi, Cığatay, Ügədey, Tulu (anaları Burqu ucin) və Külkan (anası Qulan xatun) adlı оğulları vardı.

Qacarların başçılarının öz nəsillərinin mоnqоllara çatmasını sübut etməyə çalışması iki ictimai-psixоlоji prinsiplə bağlıdır. Bu iki prinsipdən biri "Türklərin qanunu"dur ki, qədim zamanlardan cah-cəlallı, cəsur tayfa kimi ad qazandıqları üçün insanlardan çоxu özünü Ardı »

ÜmumiHurri

Hurri- tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.

Qədim Hurri tayfaları m.ö II minilliyin başlanğıcında Urmiya gölünün qərbindən Suriya və şimali Mesopotomiyaya qədər yayılmışdılar. Mesopotomiyanın şimal-qərbində, m.ö XVIII-XIII-əsrlərde Hurrilərin yaratdığı dövlət mövcud idi. Bu dövlət "Mitanni" adlanırdı. Bəzi mənbələrə əsasən Mitanni çarları öz ağalığını kutilər və lullubilər üzərinə də yaya bilmişdilər. Herodotun "Tarix" əsərində də Hurrilərlə matiyenlər eyniləşdirilir. Hətta Urmiya gölü də bir müddət "Mantiana" adını daşımışdır. Manna onomatikasında Urartu dili ilə qohum olan Hurri dilinə mənsub bir sıra sözə təsadüf olunur. Ardı »

ÜmumiƏbu Müslim əl-Xorasani

Həyatı[redaktə]
Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu.

Əbu Müslim və Dağıstan[redaktə]
Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var.

Maraqlı faktlar[redaktə]
İlk dəfə qara rəngli paltarı dəbə salan Əbu Muslim əl-Xorasani olmuşdur. Ardı »

ÜmumiMarlıqtəpə

Abidə Güney Azərbaycanda, Qızılüzən (Səfidrud) çayının aşağı vadisində yerləşir. Mərlik ərazisində arxeoloji qazıntılar Tehran Universitetinin professoru Ə.O.Negahban tərəfindən aparılmışdır.

Abidə ərazisindən yaşayış yeri ilə yanaşı qəbristanlıq da aşkar edilmişdir. Buradakı qəbirlərdəki zəngin dəfn avadanlığına görə Ə.O.Negahban bu qəbirləri hökmdar nəslinə və əyanlara aid etmişdir. Ölülər sağlıqlarında istifadə etdikləri hər şeylə – içərisində su və yemək qoyulmuş adi məişət əşyalarından tutmuş, gözəl ayin qabları və bəzək əşyalarınadək, ovçular və döyüşçülər isə hətta silahlarla təchiz olunmuşlar. Bundan başqa Mərlik qəbristanlığının özəlliklərindən biri də atların hər cür əsləhə ilə birgə, ayrıca dəfn edilməsidir. Görünür at Mərliyin qədim sakinlərinin həyatında mühüm rol oynamışdır. Mərlikdən aşkar edilən Ardı »

ÜmumiMütəvəlli

Əmlakın vəqf edilməsi "vəqfnamə" adlanan xüsusi fərmanla rəsmiləşdirilirdi. Vəqfı idarə edən şəxs mütəvəlli və ya nazir adlanırdı. Bu vəzifə irsi də ola bilərdi. Vəqf edilmiş əmlak,irsi nə satüa,nə bağışlana,nə də girov qoyula bilərdi. Ardı »

ÜmumiSepanlı oymağı

Sepanlı və ya Sepanlu- Qacar elinin oymaqlarındandır ki, Astrabada köçürülüblər.[1]

Tanınmış şəxsləri[redaktə]
Məhəmmədəli Sepanlı - İran şairi və tərcüməçisi
Şəhrizadə Sepanlı - İran-ABŞ müğənnisi
Pərvanə Sepanlı - İran-Kanada müğənnisi Ardı »

ÜmumiKoroğlu qalası (Tovuz)

Tovuz rayonu ərazisində yerləşən qalanın xarabalıqları dövrümüzə çatıb. Bu qala da Koroğlunun əsas sığınacaqlarından olub. Qala hündür təpəlik üzərində tikilb. Ardı »