Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → İçəribazar

İçəri bazar (Qax qala qapıları və divarları) — Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında İçəribazar adlanan (indi İcəribazar küçəsidir) məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Ardı »

Ümumi → 1139-cu ildə Azərbaycan - Gəncə zəlzələsi (1139)

Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələ.
Tarixi[redaktə]
1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələsi zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranmışdır. Bu zəlzələ haqqında Nizami Gəncəvi "İqbalnamə"sində yazmışdır.

1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Dimitri (1125-1154) hücum etmişdir. Zəlzələdən sonra Atabəy Qara Sonqur şəhəri bərpa etdirdi.

Zəlzələ haqqında yazılanlar[redaktə]
Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabında bu zəlzələ barəsində yazılır:

"Areq ayında, bu ayın 18-ci günündə, şənbə gününə açılan gecə ərzində, Müqəddəs Ardı »

Ümumi → Abşeron qalaları

Abşeron qalalarından ən yaxşı qalanlar: Ramana, Nardaran, Mərdəkanda ikisi; yarıdağlmış vəziyətdə olanlar - Bilgəh, Qala və Şağandakı qalalardır. Qalalar Maştağa, Şüvəlan, Keşlə, Hövsan, Buzovna və başqa kəndlərdə də vardı. Beləliklə Abşeronda 30 yaxın bürc-qala vardı. Abşeron qalaları:

Bakı qalası
Mərdəkan qalası-1
Mərdəkan qalası-2
Şağan qalası
Ramana qalası
Nardaran qalası
Bilgəh qalası
Bayıl qalası Ardı »

Ümumi → Xocalı Mədəniyyəti

Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.

Coğrafiyası və iqlimi[redaktə]
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.

Xocalının tarixi-mədəni abidələri[redaktə]
Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
Küp qəbirləri nekropolu - tung Ardı »

Ümumi → İlliryalılar

İlliryalılar və ya İlirlər (Yunanca: Ἰλλυριοί, Illyrii və ya Illyri) — antik dönəmdə Balkan yarımadasının qərbinin bir qismi və İtaliya yarımadasının cənub-şərq sahillərində (Messapia) yaşamış boy qrupları. İlliryalıların bölgəsi qədim Yunan və Roma qeydlərində İliriya olaraq verilmişdir. Ardı »

Ümumi → Oroysun dövründə Alban ordusunun vəziyyəti

Strabon yazırdı ki, albanlar"...həm piyada, həm at belində, həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".

Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kosis Qney Pompeyə "nizə ilə zərbə" endirmişdi.

Strabon alban qalxanları haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey Ardı »

Ümumi → Azərbaycan müəllimlərinin VII qurultayı

VII qurultayın gündəliyindən[redaktə]
1960-cı il noyabrın 14-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında başlanan ali məclis iki gün davam etmişdir. Qurultayı giriş sözü ilə Respublika Nazirlər Sovetinin sədri M.İsgəndərov açmışdır.

Qurultay ərəfəsində 579 nəfər maarif işçisi "Lenin", "Qırmızı Əmək bayrağı", "Şərəf Nişanı" ordenləri, "Əmək igidliyinə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Nazirlər Sovetinin qurultaya təbriki oxunmuşdur.

Azərbaycan SSR maarif naziri, professor M.Mehdizadə və Azərbaycan LKGİ MK-nın birinci katibi M.Əlizadənin məktəblərin yenidən qurulması sahəsində, gəncliyin təlimi və tərbiyəsi istiqamətlərində qarşıda duran vəzifələri şərh edən geniş məruzələri dinlənilmişdir.

Sonra qurultayın mandat komissiyasının hesabatı ilə M.Zeynalov məruzə etmişdir.

Azərbaycan müəllimlərinin ali məclisində İ.Nadejkov (RSFSR), P.Solntsev (Belarusiya SSR), P.Mirqorodski (Ukrayna SSR) Ardı »

Ümumi → Şəhidlər və qazilər (film, 1991)

Məzmun[redaktə]
Film Bakıda 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərləri tərəfindən gülləbaran edilmiş şəhər sakinlərinin şəhid olmaları və əlil qalmaları barədə danışır.

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev
Ssenari müəllifi: Xamiz Muradov
Operator: Köçəri Məmmədov, Sərdar Vəliyev, Elxan Əliyev
Səs operatoru: Şamil Kərimov Ardı »