Ümumi → İranzu
İranzu – Cənubi Azərbaycan ərazisindəki kiçik çarlıqları və vilayətləri birləşdirərək mərkəzləşdirilmiş Manna dövlətinin əsasını qoymuş hökmdar, Manna hökmdarları Aza və Ullusununun atası.
Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır.İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər.
İranzunun hakimiyyəti dövründə Manna dövlətində vilayət hakimləri zəiflədilərək pərakəndəliyə son qoyulmuş və dövlət mərkəzləşdirilmişdir. Lakin bu hökmdarın hakimiyyətinin son illərində (e.ə.714) Zikirta vilayətnin hakimi Mettati Urartu hökmdarı I Russanın təhriki ilə İranzunun hakimiyyətinə qarşı çıxaraq üsyan qaldırmışdı. Bu üsyanı yatırmaqda onu müttəfiqi Assur Ardı »