Ümumi → Göytəpə (Güney Azərbaycan)
Göytəpə abidəsi — Güney Azərbaycanda, Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dovrunə aid edilir və Goytəpə ərazisində Manna dolətinin hansısa vilayətinin olması iddiası irəli sürülür. İ.M.Dyakonov , İ.Əliyev və Q.Qeybullayev Göytəpə ərazisində Gilzan əyalətini lokalizə edirlər.
Goytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır.Təpənin heç də bütün təbəqələri açılmamışdır.Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur. E.ə. II minilliyin sonlarına aid edilən "B" dövrünə aid "K" qəbrindən həmin dövr üçün səciyyəvi olan material əldə edilmişdir.Boz-qara və qırmızı keramika məmulatı ilə Ardı »