Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiAzərbaycan SSR əhalisinin siyahıyaalınması (1926)

28 may 1918-ci il - 28 aprel 1920-ci il tarixlərində suveren dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci il tarixində 11-ci qızıl ordu tərəfindən işğal edilərək süquta uğradı, onun ərazisinin çox hissəsini əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası təşkil edildi. 12 mart 1922 ci il - 5 dekabr 1936-cı il tarixlərində Azərbaycan SSR inzibati cəhətdən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan üç Cənubi Qafqaz Sovet Sosialist Respublikasından biri idi. Azərbaycan SSR 5 dekabr 1936-cı il tarixindən 30 avqust 1991-ci ildək müttəfiq respublika statusunda SSRİ tərkibinə daxil olmuşdur. 30 avqust 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında gərgin Ardı »

ÜmumiÖrənqala (qədim şəhər)

Örənqalada arxeoloji qazıntılar[redaktə]
Mil düzündə yerləşən qədim Örnəqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə AMEA-nın elmi əməkdaşları İ.İ.Meşşaninovun rəhbərliyi altında başlamışlar. Bu ekspedisiya Örnəqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi.

Bu birinci ekspedisiya aydınlaşdırmışdır ki, erkən dövrlərin birində şəhər ölçülərinə görə böyük olub, indi tədqiq edilən şəhər yerinin ərazisini bütünlüklə əhatə etmişdir. Sonralar görünür ki, iqtisadi və siyasi mərkəz rolunu itirəndən sonra şəhər ərazisi kiçilmiş və yeni divarlar hörüləndən sonra köhnə şəhərin yalnız bir hissəsi yeni şəhərin ərazisinə daxil olmuşdu. Köhnə şəhərin qalan hissəsi isə şəhər divarlarının xaricində qalaraq tədricən dağılmışdı. Yeni şəhərin daş divarları dağıldıqdan sonra şəhər ətrafındakı müdafiə işləri Ardı »

ÜmumiMannada Təsərrüfat həyatı

Əkinçilik[redaktə]
Assuriya çarları basqın etdikləri ərazidən bol qənimət ələ keçirdiklərini, yerli hökmdarlardan hər il bac topladıqlarını bildirirlər. Birdəfəlik bac adətən taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac olaraq hər il başqa şeylərlə yanaşı taxıl da alınırdı.

Həsənluda aparılan qazıntı işlərinin nəticələri rayonun iqtisadiyyatında əkinçiliyin çox mühum yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı cərgə arpa, bir neçə növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında burada içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.

Əkinçilik qədim əhalinin əsas Ardı »

ÜmumiBəndovan

Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb.

Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib. Ardı »

ÜmumiDidivan qalası

Didivan qalası — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala.

İrəvandan Qazaxa səmtlənən qədim karvan yolun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.

Planda qala dairə şəkilindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar Ardı »

ÜmumiLöh qalası

Qala Kəlbəcər rayonu ərazisində yerləşir və erkən orta əsrlər dövrünə aid edilir.

Adı qalanın formasını tamamlayır. Qalanın beli dəvə boynuna oxşayır. Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Löh" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür. Ardı »

ÜmumiMəhəmməd Həsən xan Qacar

Məhəmməd Həsən xan Qovanlı-Qacar (1714-1758), Astrabad hakimi

Həyatı[redaktə]
Məhəmmədhəsən хаn Fətəli хаn оğlu (bəzən оnu ölmüş qаrdаşının şərəfinə Məhəmməd Hüsеyn də аdlаndırırdılаr) 1714-cü ildə Аstrаbаd yörəsində dünyаyа gəlmişdi. Mükəmməl mədrəsə təhsili аlmışdı. Аtаsının ölümündən sоnrа Qovanlı oymağınа bаşçılıq еtmişdi. 1746-cı ildə türкmənlərlə birləşib, iкi min qаcаrın bаşındа Nаdir şаhа qаrşı qiyаm qаldırmışdı. Оnа ən çох кöməк еdən dаyısı Bəgəncəli bəy Yоmut idi. Məhəmməd Həsən хаn Аstrаbаdın vаlisi Məhəmmədzаmаn bəyi qоvub çıхаrmışdı.

Nаdir şаh оnun qiyаmını yаtırmış, Məhəmməd Həsən хаn yеnidən yоmutlаrın yаnınа qаçmışdı.

Məhəmməd Həsən хаn Nаdir şаhın ölümündən sоnrа Аstrаbаdı,Gilanı, Mаzаndаrаnı аlmışdı. Аzаd хаn Əfqаnı məğlub еtmişdi. Pənаhəli хаn Məhəmmədhəsən хаn Qаcаrа Аzаd хаn Ardı »

ÜmumiKiçik çarlıqlar dövrü

Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911-891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı Ardı »