Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi → Anzak

ANZAK (Australian and New Zealand Army Corps; ANZAC) — Birinci dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliyalı və Yeni Zelandiyalı əsgərlərdən ibarət olan birləşmiş ordu hissəsi. Bu ordu birləşməsinin əsgərləri Türkiyədə Anzaklar adlandırılır.

Anzak ifadəsi Australian and New Zealand Army Corps (tərc. Avstraliya və Yeni Zelandiya Ordu Birləşməsi) sözlərinin baş hərflərindən meydana gələn abbreviaturadır. Birinci dünya müharibəsinin başlanğıcında bu iki ölkəyə aid olan birliklərin qatılması ilə yaradılan ordu birləşməsi bu qısaldılmış adla tarixdəki yerini almışdır. Antanta tərəfindən Bosfor və Dardanel boğazlarının və İstanbulun ələ keçirilməsi üçün başladılan "Dardanel əməliyyatı" çərçivəsində 1915-ci il 25 aprel tarixində Arıburnu adlı yerdə baş verən döyüşdə Anzaklar 5 Ardı »

Ümumi → Voleybol üzrə qadınlararası dünya çempionatı 1960

Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu. Ardı »

Ümumi → Kəyumərs Dərbəndi Ölümündən sonra

Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir . Ardı »

Ümumi → Mannada Memarlıq

Manna dövləti ərazisində müxtəlif yaşayış yerlərində arxeoloji qazıntılar aparılmış və müxtəlif qala – şəhərlər aşkarlanmışdır. Bu tipli yaşayış məskənləri ən çox Qərbi Azərbaycanda tədqiq olunmuşdur. Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş dördbucaqlı tikili olan Siyahtəpə qalası aşkar edilmişdir.

Yaxınlıqda isə Oğluqala adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda da qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km Şimal – Qərbdə, Livar təpəsində qala divarlarının qalıqları aşkar edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan hörülmüşdür. Küncləri bürclü və geniş meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə.VIII əsrədək) üzə çıxarılmışdır. V.Klayss Ardı »

Ümumi → Atropatena İctimai münasibətlər

Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.

Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.

Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, Ardı »

Ümumi → Car-Balakən camaatı Tarixi

Car-Balakən camaatının formalaşması prosesi əsasən XVI əsrdən başlamışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində şimal-qərbi Azərbaycana Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car,Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə, qeyri-məhsuldar və yoxsul təbiətə malik olan ərazidə yaşayan dağlı tayfalarının qış otlaqları əsasən Baş Qafqaz silsiləsinin cənub yamaclarında yerləşirdi. Əkinçi-maldar, yarımköçəri həyat sürən dağlı tayfaları öz qoyun sürülərini müntəzəm olaraq bu əraziyə sürürdülər. Qeyri-məhsuldar şərait, aztorpaqlılıq getdikcə daha çox dağlı tayfalarının vadilərə enməsinə səbəb olurdu.

Doğrudur, tarixi faktlar dağlıların vadilərə müəyyən bir zamanda və kütləvi şəkildə enməsi haqqında məlumat vermir. Belə ki, bu proses əsasən Ardı »

Ümumi → Azərbaycan müəllimlərinin I qurultayı

I qurultayın gündəliyindən[redaktə]
Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Belə ki, xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.

Rusiya müsəlmanlarının I və II qurultaylarının keçirilməsi azərbaycanlı müəllimlərin bir toplum olaraq birləşməsinə, pulsuz ibtidai təhsil, xüsusi müəllimlər seminariyasının açılmasıE kimi tələblərin irəli sürülməsinə sosial-tarixi Ardı »

Ümumi → Sumqayıt hadisələri (1988)

Səbəbləri və təşkilatçıları[redaktə]
Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yekanə məscid binası (XX əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının Ardı »