Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiErridupizir

Erridupizir — Nippur şəhərində tapılmış salnamələrə görə adı çəkilən ilk Kuti hökmdarı. O bu salnamələrdə titulunu "Kuti çarı, Dörd tərəfin hökmdarı" olaraq qeyd edir. Ardı »

Ümumiİsmayıl Siracəddin Şirvani

Həyatı[redaktə]
1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir.

Ailəsi[redaktə]
Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874'də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur.

Onun digər oğlu Hacı Mahmud əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır.

Rəşid Mahmudovun ulu babasıdır.



Xəlifələri[redaktə]
Şeyx Şamil
Mir Həmzə Nigari
Şeyx Mahmud əfəndi Almalı
Şeyx Əməd Əl Ağdaşi Ardı »

ÜmumiŞəddadilər dövləti

tarixi

Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955-956-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü – Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Ardı »

ÜmumiFaciəni qətliam kimi tanıyan ABŞ ştatları

Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyənat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.

Indiyədək ABŞ-ın 15 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.

Massaçusets bayrağı 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.

2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
Men — 2012-ci ilin Ardı »

ÜmumiDinhatəpə

Dinhatəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Həsənlidən 25 km qərbdə yerləşən Manna dövrünə aid arxeoloji abidə.

Bu abidə ərazisində arxeoloji qazıntılar O.V.Muskarellanın rəhbərliyi altında aparılıb.Aşkar edilmiş tapıntılar uzun bir tarixi dövrü əhatə edir. Həsənli IV-V dövrlərinə uyğun gələn tikili qalıqları, həmiçinin Dinha III (e.ə. 1350-1000) və Dinha II (e.ə.1000-800) nekropolları e.ə. II minilliyin sonu-e.ə. I minilliyin əvvəlinə aiddir.Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, Şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi şəkildə basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü "çaydan"lar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır.

Dinha II dövrünə Ardı »

ÜmumiYezidabad qalası

Ümumi məlumat[redaktə]
Köhnəqala və ya Yezidabad qalası – Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52 – ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur.

Tarixi[redaktə]
Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957 - 1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III - II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur.

Türk səyyahı Övliya Ardı »

ÜmumiNaxçıvan şəhəri - Feodal dövlətləri və Səlcuqlular

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30 – cu illərinədək onun hakimiyyətində qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932 – 937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.

X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur. Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063 – 1072) Ardı »