Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumizərbaycan müəllimlərinin III qurultayı

Azərbaycan müəllimlərinin III qurultayı — 25 avqust 1919-cu ildə keçirilmişdir.

III qurultayın gündəliyindən[redaktə]
Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, müəyyən təkliflər hazırlayıb hökumətə təqdim etmək məqsədilə Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin sərəncamına 35.600 manat məbləğində vəsait də ayrılır.

Azərbaycan müəllimlərinin 1906-cı (avqust) və 1907-ci (avqust) illərdə keçirilmiş birinci və ikinci qurultaylarından sonra sayca üçüncüsü olan həmin qurultay 1919-cu il avqustun 20-də saat 11-də Bakı I realnı məktəbin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlayır Ardı »

ÜmumiAğdərənin azad olunması və irəliləyişlər

4 iyul, 1992-ci ildə, uzun mühasirədən sonra Ağdərə rayonu azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir.[2] Erməni hərbi qüvvələri Stepanakertin cənub tərəfində doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Lakin buna baxmayaq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur.

Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan Ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-ni işğal edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi Ardı »

Ümumi4 iyun Gəncə qiyamı

4 iyun Gəncə qiyamı – Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı qiyam.
4 iyun 1993 – Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

8 iyun 1993 – Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət Ardı »

ÜmumiBatum konfransı

Batum konfransı — 11 may-4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans. 45 nəfərlik Cənubi Qafqaz nümayəndə heyətinə Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq edirdi.

Nümayəndəliyin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski də vardı. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və b. da daxil idilər. Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı.

Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Ardı »

ÜmumiYezid ibn Məzyəd

Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi.
Qəbiləsi[redaktə]
Tam adı "Yezid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi. Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yezid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə Ardı »

ÜmumiGənclər yurdu

"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi.

1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. Ardı »

ÜmumiAtropatena

Adlandırılması[redaktə]
Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır.

Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patkān" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın ("Āturpāt", "Atərəpāta" — Atəş qoruyan) hökmranlığı dövründə yaranmışdır. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini Ardı »

ÜmumiFəxri xiyaban Yaranma tarixi

Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmış və həmin tarixdən Fəxri xiyabanın qurulmasına başlanmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri — Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülmüş və onların qəbirüstü abidələri qoyulmuşdur. Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

Fəxri xiyaban yaradıldıqdan sonra Azərbaycanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, Ardı »