Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiII Qriqor

II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı.

Bioqrafiya[redaktə]
II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi. Ardı »

ÜmumiAzadlığa gedən yollar (film,1990)

Məzmun[redaktə]
Film Cəfər Cabbarlının "1905-ci İldə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.

Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.
Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı
Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev
Bəstəkar: Ardı »

ÜmumiNaxçıvan şəhəri - Toxtamış və Əmir Teymurun yürüşləri

1386 – cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır. 1387 – ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir. Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387 – 1401) inadlı müqavimət göstərmişdir.

Bu dövrdə Naxçıvanda ən böyük təsəvvüf təriqətlərindən biri olan Hürufilik intişar tapmışdır. Həmin təriqətin banisi olan Fəzlullah Nəimi isə 1395 – ci ildə Miranşah tərəfindən Naxçıvanda edam etdirilmiş, daha sonra onun məzarı üzərində türbə və Əlincəçay xanəgahı inşa edilmişdir. Ardı »

ÜmumiCabbar bəy Vəlibəyov (Baharlı)

Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır.

Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı Ardı »

ÜmumiPopulyar mədəniyyətdə

Bu əməliyyatda barədə o qədər məşhur olmayan TV proqramı "600 saniyə" (600 секунд)-də geniş müzakirə olunmuşdur. Aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı zamanı şokedici müsahibəsi ilə efirdə çıxış etmişdir. Ardı »

ÜmumiHəmədan əməliyyatı (1915)

Həmədan əməliyyatı — rus qoşunlarının İranda Birinci dünya müharibəsi vaxtı 1915-ci ilin 17 (30) oktyabr - 3 (16) dekabrında keçirdiyi hücum əməliyyatı. Əməliyyatın keçirilməsinə səbəb İranda və Əfqanıstanda fəallaşan alman-osmanlı casus şəbəkəsi, məqsəd isə onun neytrallaşdırılması idi. Rusların iddiasına görə alman-osmanlı casuslarının fəaliyyəti nəticəsində İran vətəndaş müharibəsi həddində idi. Eyni zamanda Əfqanıstanın da Rusiya və İngiltərəyə qarşı çıxmaq ehtimalları artırdı. Bu şəraitdə rus Qafqaz ordusunun komandanlığı İrana Bakı və Xəzər dənizi vasitəsi ilə, N.N.Baratovun komandanlığı altında 3 tabor, 39 yüzlük, 5 batareya - cəmi 8 min adam və 20 top göndərdi. 17 (30) oktyabr korpus Ənzəli limanında yerə endi, 29 oktyabrda Ardı »

ÜmumiBaba İlyas

Baba İlyas (?-1240) — 1240-cı ildə ildə Rum Səlcuqlu dövlətinə qarşı girişdiyi böyük siyasi-içtimai üsyan hərəkətinə adını verən və Anadoluda ilk qeyri-sünni cərəyanların təməlini atan Türkmən şeyxi.

Həyatı[redaktə]
Şeyx Əbül-Bəkā Baba İlyas-ı Xorasana, böyük bir ehtimalla, Monqol istilası sırasında yıxılan Xarəzmşahlar dövləti sahəsindən, bərabərindəki türkmənlərlə Anadoluya köç etmiştir. Anadoluya gəlmədən öncəki həyatı haqqında heç bir şey bilinmir. Onunla ilgili ən əski qaynaqlardan biri olan və nəvəsi Əlvan Çələbinin 733 (1332/33) ildə qələmə aldığı "Mənakıbül-qüdsiyyə" adındakı mənakıbnaməyə görə, Anadoluya gəldikdən sonra Amasiya yaxınında bugün İlyas köyü adıyla bilinən Çat kəndinə yerləşmiş, bir zaviyə açaraq Vəfaiyyə təriqətini yaymağa başlamış və ətrafına bir çox mürid toplamışdır. Ardı »

ÜmumiEneolit dövrü

Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir. Ardı »