Ümumi → Herakl məbədi
Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə daha yaxın olduğunu güman edilir. Müxtəlif tanrılara həsr edilmiş mağara tipli, sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü də onların hamısı Pavsaninin təsvirinə görə, şəhərlərdən və başqa yaşayış məntəqələrindən çox uzaq məsafədə (30-dan 150 stadiyə qədər; stadi = 184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı.
Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən qədər "müqəddəs" olduğu haqqındakı fikrə də sövq edir. Artıq bu cəhətə diqqət yetirilmişdir. Həmin cəhət belə fərziyyə irəli sürməyə imkan Ardı »