Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internet Yenilikleri2020-ci ilin internetində nələr olacaq?

2020-ci İlin internetində nələr olacaq?
Önümüzdəki illər ərzində internet əlaqələri və infrastruktur necə olacaq?

2020 İli üçün xəyal edilən internet: Sürətli və etibarlı. Yaxşı bu gerçək olacaqmı?
Sürətli və etibarlı bir internet üçün görüşlər keçirilir, bu mövzular üzərində müzakirələr edilir.Xüsusilə fokuslanılan mövzuların başında internet təhlükəsizliyi gəlir.Cinayət işləri çoxalır amma bir tərəfdən də alverdən, dövlət işlərinə qədər həyatımız internet ilə şəkillənir.Daha çox sürət, daha aşağı gecikmə və bütün cihazlarda internet əlaqəsi ilə, lif şəbəkələrlə örtülü bir həyat yolu...

Bütün ölkələr bir deyil.IP ünvanlarının tükənməsiylə birlikdə dövrəyə girən bir proyekt, IPv6ın yayılması oldu.
Bu Google kimi böyük adların hərəkətə keçməsiylə səbəb oldu. İnkişaf etmiş ölkələrdə keçiş gözləniləndən Ardı »

Internet Yenilikleriİki nəhəng əməkdaşlığa başlayır

İki nəhəng əməkdaşlığa başlayır

Ernst & Young konsaltinq şirkəti (EY) rəqəmsal texnologiyalar dövrünün imkanlarından yararlanaraq dünyadakı şirkətlərə yeni və innovativ xidmətlər təklif etmək məqsədilə Microsoft Korporasiyası ilə qarşılıqlı strateji biznes əməkdaşlığına başlayıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində Microsoft tərəfindən EY-a təklif olunacaq xidmətlərə analitika, kibertəhlükəsizlik, şirkətin rəqəmsal strategiyası, rəqəmsal və inkişaf edən texnologiyaların istifadəsi, müştəri xidmətləri və proqram menecmenti təcrübəsinin Microsoftun bulud və məlumat platformalarından yararlanması daxildir.

EY və Microsoftun birgə fəaliyyətindən faydalanaraq şirkətlər yüksək rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisənin fəaliyyətinin təşkilini sürətləndirə və illər ərzində proqram təminatına edilən yatırımları optimallaşdıra bilərlər.

Təklif olunan imkanlar daha analitik, avtomatlaşdırılmış, bulud texnologiyalarına əsaslanan iş Ardı »

Internet YenilikleriSkype Qadağan edildi

Pakistanda "Skype" proqramından istifadə qadağan edilib. Xəbərə görə, proqrama giriş 3 aylıq əngəllənib. "Skype" ilə yanaşı "Viber" və "Whats App" kimi proqramlar da qadağan edilib. Təhlüksəzilik məsələlərinə görə bağlanan tətbiq edilən qadağa ölkənin Sindi əyalətindəki gizli mesajlaşmanın təmin edilməsindən sonra tətbiq edilib. Ölkə rəsmiləri təhlükəsizlik xidmətlərini səbəb göstərdikləri qadağada vurğulayıblar ki, bu cür xidmətlərdən terrorist qruplar öz məqsədləri üçün istifadə edirlər.

Qaynaq : ANSPRESS Ardı »

Internet YenilikleriƏşyaların interneti dövrü başlanır

Əşyaların interneti dövrü başlanır

Son 16 ildə internetə qoşulmuş qurğular ayrıca sürətlə inkişaf edən seqmentə çevrilib və yaxın 10 ildə bu bazarın ümumi orta illik artım sürəti 30 faizə çatacaq.

"Əşyaların interneti" ("IoT") konsepsiyasının əsasını yalnız "M2M" (maşınlararası əlaqə) qoşulmaların miqyasının artımı deyil, həm də bu qoşulmaların yaratdığı imkanlar təşkil edir. Məlumat üçün bildirək ki, "IoT" termini 1999-cu ildə Kevin Eşton tərəfindən təklif edilib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, "M2M" konsepsiyası təxminən on ildir ki, mövcuddur. Ancaq indi internetə qoşulmuş əşyalar cəmiyyətə və biznesə fayda gətirən və insanların gündəlik həyatını yaxşılaşdıran "ağıllı" həllərin ayrılmaz hissəsinə çevrilir.

Sahə üzrə məlumatlara əsasən, hazırda mobil "M2M" qoşulmalar "M2M" Ardı »

Internet YenilikleriADSL dövrü keçir, Wimax dövrü başlayır!

Bundan 8 il əvvəl rəsmi olaraq başladılan məşhur kabelsiz internet xidməti Wimax nəhayət gerçək mənada yayılmağa başladı. Təməl olaraq kabelləri ortadan qaldıran və interneti tək bir mərkəzdən kütlələrə yaymağı hədəfləyən Wimax texnologiyası dünyanın fərqli ölkələrində artıq geniş şəkildə istifadə edilməyə başladı.

Bu anda dünya səviyyəsində 80dən çox ölkədə istifadə edilən Wimax, tək bir vericidən kabelsiz internet modem köməyiylə yüksək sürətdə internet müraciəti təmin edir. Son rəqəmlərə görə ABŞda Clearwirenin Wimax abunə sayı 173 mini aşdı.

Rusiyada 200 min və Malayziyada 130 min abunənin istifadə etdiyi Wimax xidməti xüsusilə daşına bilər cihazların yayılması ilə, sabit olmayan nöqtələrdə internet müraciətinə ehtiyac duyan istifadəçilər Ardı »

Internet YenilikleriSmartfondan xilas üçün smartfon

NoPhone smartfon layihəsi Kickstarterda tələb olunan 5 min dollardan 4 dəfə daha çox pul toplayıb. Elektron içliksiz NoPhone smartfon asılılığından qurtulmaq üçün nəzərdə tutulub.

Təlimata əsasən, NoPhonedan istifadə etmək çox sadədir: qurğunu ələ götürmək və saxlamaq lazımdır. NoPhone ölçülərinə görə iPhone 6 bir az böyük, xarakteristikalarına görə isə bəzi hallarda daha yaxşıdır: möhkəm səthiliyə malik yerə düşsə sınmayacaq, suyun içərisinə salmaq olar və proqram təminatını yeniləmək lazım deyil. Bu aparat ekrana malik deyil və onunla zəng etmək mümkün deyil. Belə smartfonun çəkisi 80-100 qram arasındadır.

Rəsmi saytından 12 dollara ilkin sifariş etmək mümkündür. Ardı »

Internet YenilikleriPilotsuz aparatlar meşələr üçün

Pilotsuz aparatlar meşələr üçün

Yer kürəsində hər il meşələrin sahəsi azalır və bu, müxtəlif mənfi, bəzən bərpa olunmaz nəticələrə səbəb olur. İtirilən ağacların mövcud bərpa üsulları isə yetərincə effektiv deyil və itkilərin yerini doldurmağa imkan vermir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş mühəndisi Loren Fletçer tərəfindən yaradılan BioCarbon Engineering şirkəti yeni ağacların əkilmə prosesini avtomatlaşdırmağa və perspektivdə hər il bir milyard ağac əkməyə imkan verəcək texnologiya hazırlayır.

Bir sözlə, ideya ağacların əkilməsi üçün pilotsuz uçan aparatlardan istifadədən ibarətdir. Birinci mərhələdə dronların köməyi ilə yerin üçölçülü xəritəsi və yeni ağacların yerləşmə planı tərtib olunur.

İkinci mərhələdə səpilmə prosesi başlayır: dronlar hidrogelin içində Ardı »

Internet Yenilikleri"Alibaba" rekordlar vurur

Çinin “Alibaba” internet mağazasının kapitallaşma dəyəri ABŞ-ın “S&P 500” indeksinə daxil olan “Facebook Inc.”, “Chevron Corp.”, “JP Morgan Chase & Co.”, “Wal-Mart Stores Inc.”, “Procter & Gamble Co.” və “General Electric Co.” kimi nəhəng şirkətlərinin dəyərini ötüb.

Cari ilin sentyabrında ilk dəfə səhmlər satışa çıxarıldıqdan sonra "Alibaba” 169 milyard dollar dəyərində qiymətləndirilib və dərhal reytinqdə həmin dövrdə kapitallaşması 104 milyard dollar təşkil edən “Facebook” şirkətini geridə qoyub. “IPO” (səhmlərin ilkin yerləşdirilməsi) hərracında iştirak Çin şirkətinə “Amazon.com Inc.”, “Walt Disney Co.” Və “Citigroup Inc.” şirkətlərini ötməyə imkan verib.

“IPO”-dan iki ay sonra internet mağazasının səhmləri 70 faiz bahalaşıb. “Alibaba” “Oracle Corp.”, “International Business Machines Ardı »