Internet Yenilikleri → Kibermüharibəni kimlər aparır?

Kibermüharibələrdən söz düşəndə “Koroğlu” dastanından bir epizod yada düşür. Əsərin qəhrəmanı atılan bir güllə ilə öküzün yerə çırpılıb ölməsinə heyrətlənərək tüfəngi götürüb ora-burasına baxır, sonra isə sazı bağrına basıb deyir:
Tutulur məclisdə iyidin yası,
Kar görmür qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Koroğlu sözünü bitirdikdən sonra Misri qılıncı belindən açıb yerə ataraq deyir: “Namərd əyyamıdır. Daha mən Koroğluluğumu yerə qoydum!”
Bu sətirləri oxuyandan sonra fikirləşirsən ki, əgər dastanın qəhrəmanına müasir silahları - topları, qitələrarası ballistik raketləri, kosmik silahları göstərmək mümkün olsaydı, görəsən, o nə deyərdi? Axı, müasir silahlar Koroğlunun gördüyü “dayandoldurum” deyil, onlar bu gün ağlasığmaz dərəcədə ağır zərbələr endirən sarsıdıcı Ardı »