Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internet YenilikleriYou tubedan yeni rekord

Dünyanın ən məşhur video paylaşma saytı YouTube, yeni bir rekord daha qırdığını açıqlayıb.
Sayt, hər gün 1 milyard dəfə izləndiyini açıqladı.You Tube öz kateqoriyasında çatılması xeyli güc bir rekorda imza atıb.
Klassik YouTube logosuna bir post-itlə yapışdırılmış görünüşü verən hissədə 1BN ifadəsi iştirak edir. Logosunun altında '1 billion views per day!' yəni 'Gündəlik bir milyard nümayişim!' ifadəsi qoyuldu Ardı »

Internet YenilikleriMobil telefon satışları azalmır

Mobil telefon satışları azalmır

“Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünya mobil telefonlar bazarının həcmi 8 faiz artaraq 445 milyon qurğuya çatıb.

Bu sayın 345 milyonunu smartfonlar təşkil edib. Beləliklə, ötən rübdə buraxılan hər onuncu mobil telefondan səkkizi smartfonlar sinfinə aid olub.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, istehsalçılar arasında ən yaxşı dinamikanı Çin və ABŞ-da "iPhone 6” modelinə yüksək tələbat fonunda illik ifadədə bazar payı 11 faizdən 14 faizədək artan “Apple” şirkəti nümayiş etdirib. Cari ilin yanvar-martında dünyada 61,2 milyon “Apple” aparatı tədarük edilib ki, bu da bir il əvvəlki göstəricidən 40 faiz çoxdur.

Tədarükün 12 faiz azalmasına baxmayaraq “Samsung” mobil Ardı »

Internet YenilikleriSmartfon satışı artıb

Smartfon satışı artıb

IDC tədqiqat şirkətinin analitikləri 2015-ci ilin birinci rübünün nəticəsinə görə dünya smartfon bazarındakı vəziyyəti qiymətləndirib.

Analitiklərin hesablamalarına əsasən, cari ilin yanvar-martında dünyada 336,5 milyon ağıllı mobil aparat satılıb. Bu göstərici 2014-cü ilin birinci rübündə qeydə alınan nəticədən 16,7 faiz yüksəkdir. Ancaq ötən ilin son rübü ilə müqayisədə tədarük həcmi 10,9 faiz azalıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, 2015-ci ilin birinci rübünün nəticəsinə görə 82,4 milyon smartfon tədarük etmiş Cənubi Koreyanın Samsung şirkəti liderdir.

Bir il ərzində tədarükünü 43.7-dən 61.2 milyonadək artırmış ABŞ-ın Apple korporasiyası ikinci pilləni tutub.

IDC analitik şirkətinin məlumatına görə, mobil telefonları nəzərə almaqla 2015-ci ilin birinci rübündə ümumilikdə Ardı »

Internet YenilikleriBəs dostlarınız bunu bilmirlər?

Bəs dostlarınız bunu bilmirlər?

Beyaz.Az xəbər verir ki, bu sosial şəbəkəyə qoşulmaqla dostlarla bir arada asudə vaxtınızı daha maraqlı keçirə bilərsiniz. Eyni zamanda burada özünüzə yeni dostlar tapa, işgüzar əlaqələr qura, müsabiqələrə qatılmaqla ilk yeri tuta, bununla da müxtəlif maraqlı hədiyyələr qazana bilərsiniz.

“Мой Day.Az”-da ən yeni musiqiləri dinləmək, video, audio, foto və sair xidmətlərdən istifadə etmək imkanları da var.

“Мой Day.Az”-a siz də qoşulun! Ardı »

Internet YenilikleriSaxta POS-terminallar hazırlayanlar həbs olundular

Saxta POS-terminallar hazırlayanlar həbs olundular

Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, törədilmiş cinayət nəticəsində istifadəçilərin hesabından 3 milyon avro oğurlanıb.

Saxta POS-terminallar fırıldaqçılar tərəfindən modifikasiya prosesindən keçirildikdən sonra heç nədən şübhələnməyən müştərilərin bank kartlarından məlumatların oğurlanması üçün istifadə olunub. Ödəniş əməliyyatlarını həyata keçirmək üçün qurbanlar kartlarından istifadə ediblər, lakin bu halda saxta qurğular həmişə offline olub və heç vaxt bank ödəniş sisteminə qoşulmuş vəziyyətdə olmayıb. Bunun əvəzinə POS-terminallar müştəriyə məxsus kartın informasiyasının surətini çıxararaq saxta Ardı »

Internet Yenilikleri2,5 milyon dollar oğurlayan tutuldu

2,5 milyon dollar oğurlayan tutuldu

İtaliya maliyyə polisi (Guardia di Finanza) Avropolun iştirakı ilə transmilli cinayətkar qrupun internetdə fırıldaqçılıq əməliyyatları nəticəsində əldə olunan vəsaitlərin oğurlanmasına cəlb olunan on üzvünü həbs edib.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, əsasən Nigeriya vətəndaşları olan qrup üzvləri onlayn fırıldaqçılıqla məşğul olmaqla şirkətləri və tanışlıq saytlarının istifadəçilərini aldadaraq onların pullarını oğurlayıblar. Fırıldaqçılıq nəticəsində cinayətkarlar 2,5 milyon avro oğurlaya biliblər.

Avropolun rəsmi bəyanatına görə, cinayətkarların əməlindən onlarla Avropa şirkəti və yüzlərlə fərdi şəxs ziyan çəkib. Cinayətkarlar korporativ kommunikasiya sistemlərinə müdaxilə edərək müəssisə tədarükçülərinin və müştərilərinin ödəniş hesablarının nömrələrini dəyişiblər. Nəticədə pul vəsaitləri bilmədən fırıldaqçıların bank hesablarına göndərilib. Onlar isə öz növbəsində əldə olunan Ardı »

Internet Yenilikleriİnternetin əlifbası dəyişir

İnternetdə domen adlarının idarə olunması ilə məşğul olan ICANN Beynəlxəlq Qeyri-Kommersiya Təşkilatı qeyri-latın əlifbası ilə yazılmış ilk domen adlarının tətbiqinə razılıq verib.
+
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, ICANN-dan kiril və ərəb hərftləri ilə yazılmış domenlərə dair ilkin razılığı Rusiya, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ alıblar.
ICANN-ın icraçı direktoru və prezidenti Rod Bekstrom deyib ki, bu hadisə internet tarixində dönüş yaradacaq. Yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki üçün standartların artıq hazır olmasına baxmayaraq istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ ki, latın əlifbasından istifadə etməli olacaqlar. Hazırda ICANN-a daxil səkkiz dillə bağlı qalan Ardı »

Internet YenilikleriBlackBerry liderliyə qayıtmaq istəyir

BlackBerry liderliyə qayıtmaq istəyir

BlackBerry şirkəti mobil qurğular bazarında keçmiş məşhurluğunu bərpa etmək məqsədi ilə yeni smartfon modeli üzərində işləyir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, şirkətin cəmi bir neçə il bundan öncə istehsal etdiyi smartfonların əsas üstünlüyü, istifadəçilər tərəfindən ən çox bəyənilən klaviaturasının uğurlu konstruksiyası olub. Kiçik ölçülərinə baxmayaraq bu smartfonların klaviaturası istifadədə çox rahat idi.

BlackBerrynin hazırkı rəhbəri Jon Çenin sözlərinə əsasən, şirkət yeni və mühüm icad üzərində işləyir. "Bu icad bizə bazarda keçmiş nüfuzumuzu bərpa etməyə imkan verəcək", - deyə Jon Çen qeyd edib. Ardı »