Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynə məsləhətAna-ata olaraq bu peşmanlıqları yaşamayın!

Görəsən valideynlər uşaqları balaca ikən nələri etmədikləri üçün peşmanlıq hissi yaşarlar. Yazımızı oxuduqdan sonra sizdə peşmanlıq yaşamamaq üçün bunları edəcəksiniz.
Gərəyindən çox işləyərək uşaqlarına çox vaxt ayırmamaq.
Uşaqları ila oyun oynamamaq.
Uşaqları üçün əhəmiyyətli olan şeyləri kameraya qeyd etməmək.
Onlardan uzaq vaxt keçirmək.
Ailə tərəfindən tətilə çıxmamaq.
Yatarkən uşaqlarına kifayət qədər kitab oxumamaq.
Əhəmiyyətsiz məsələləri gərəyindən çox böyütmək.
Uşaqların kifayət qədər fotoşəkilini çəkməmək.
Onlarla ortaq bir hobbiyə sahib olmamaq.
Ev təmizliyinə çox vaxt sərf etmək.
Çox qoruyucu davranışlar sərgiləmək.
Onlar üçün əhəmiyyətli olan günlərdə yanında ola bilməmək.
Kifayət qədər ad gününü birlikdə qeyd etməmək.
Uşaqlarına erkən üzmə öyrətməmiş olmaq. Ardı »

Valideynə məsləhətDavranış pozuntusu - Kaprizlər

Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir :

1) Uzun müddət davam edən aqressiv davranışlar
2) Yalanlar yaxud hadisənin şişirdilməsi
3) Təcavüzkar davranışlar
4) Uyğunsuz ifadələrin işlədilməsi və.s
5) Altını islatma
6) Dırnaq yemə və barmaq əmmə
7) Əsassız qorxular
8) Masturbasiya(cinsiyyət orqanını əli ilə oynatma)
9) İştahasızlıq
10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil Ardı »

Valideynə məsləhətƏkiz psixologiyası: ədalət və bərabərlik

Əkiz uşaq sahibi olmaq valideynlik bacarıqlarının sınanması üçün çətin bir imtahan kimidir. Marağı, sevgini bölüşdürmək, ehtiyacları qarşılamaq valideynlər üçün fərqli və çətin bir vəziyyətdir. Alınan hədiyyələr, paltarlar, hətta saç kəsimi modelləri belə eyni olduğunda bərabərliyi təmin etmək və rəqabət ilə baş etmək daha asan kimi görünür.

Bərabər davranmaq əkizlərin ayrı bir fərd olduqlarını qəbul etmənin önündəki ən böyük maneələrdən biri halına gələ bilər. Əkizlərdən hər biri , ayrı bir fərd olaraq fərqli maraq və şəxsiyyət xüsusiyyətlərinə malikdir. Onların fərqli zamanlarda fərqli ehtiyacları vardır və həyat hər zaman hər kəsə bərabər imkanlar təqdim etməz . Bu səbəblə əkizlərə bərabər davranmaq əslində ədalətli deyil. Ardı »

Valideynə məsləhətÖzünü yaxşı hiss et dəftəri

Ailənin bütün üzvlərinə balaca bir qeyd dəftərçəsi alın. Hər gün axşam yeməyindən sonra yaxud yatmazdan əvvəl hamı həmin gün onu xoşbəxt hiss etdirən 6 hadisəni yazsın. Burada məqsəd, yaşadığımız gözəlliklərə yönəlmənizdir. Çünki əsasən diqqətimizi pis və narahatedici hadisələrə o qədər cəmləyirik ki, kiçik təbəssüm, avtobusda rastlaşdığımız maraqlı hadisə, gülməli bir zarafat arxa plana keçir. Əgər uşağınız yazı yaza bilmirrsə, şəkil çəkə bilər yaxud sizlərdən kimsə onun əvəzinə yaza bilər. Əgər ağlına heçnə gəlmirsə, gün ərzində yaşananıları xatırlamasında ona kömək edə bilərsiniz. Ailənizi həyatdakı xoşbəxtlikləri axtarıb tapa bilən ailə edin. Ardı »

Valideynə məsləhətUşağım öyrənməkdə çətinlik çəkir

Bəşər tarixinə baxdığımız zaman insanların inkişafının onların öyrənmə qabiliyyətləri ilə sıx əlaqəli olduğunu görə bilərik. Müasir informasiya cəmiyyətində artıq çoxlu məlumatın yadda saxlanılmasına baxılmır. Çünki ətrafdakı informasiya bolluğunda beynin bütün bu informasiyaları mənimsəməsi və qəbul etməsi imkansız görünməkdədir. Bu mənada uşaqlarda "öyrənməni” öyrənmək bacarığını formalaşdırmaq və bunun insanın ölümünə qədər davam edəcəyini aşılamaq əhəmiyyətlidir. Bu prosesdən zövq alan bir insan özünün bütün qüvvəsini səfərbər edib həyatdan zövq almağa, öyrənmə, inkişaf etmə istəyi ilə alışıb yanmağa başlayacaqdır. Beləliklə məqsədimiz daha çox əzbərləyən insanlar yerinə daha çox düşünən, fikirləri analiz edən, tənqidi yanaşan, yaradıcı fikirlərə sahib insanları cəmiyyətə Ardı »

Valideynə məsləhətUşaqları günorta mütləq yatızdırın

Günorta yuxusu sağlamlıq üçün çox dəyərlidir

Uşağınızın sağlam böyüməsi üçün yuxu çox vacibdir.

Körpə yeni doğulduğunda yuxusuna daha çox diqqət yetirilsə də, 2 yaşdan sonra körpənin günorta yatmasına laqeyd yanaşılır.

Halbuki araşdırmalar zamanı günorta yuxusunun uşaqlarda beyin inkişafı və öyrənmə müddətinə müsbət təsir göstərdiyi təsdiqlənib.

Ailəm.az həmin araşdırmanın nəticəsini təqdim edir. Nəticəyə əsasən, günorta yuxusunun uşaq beyninin inkişafında və hafizəsində göstərdiyi müsbət təsir ya həmin gün, ya da ertəsi gün hiss edilir.

Belə ki, körpə günorta yeməyindən sonra 1 saat yatarsa, digər günlərdən fərqli olaraq vizual-fəza bacarığı baxımından daha yaxşı performas göstərər. Nəticələrə görə, yuuxudan sonra uşaqların 10 % daha çox məlumat xatırlayır. Araşdırmaçılar yuxu zamanı Ardı »

Valideynə məsləhətUşaqların şirniyyat sevgisi

Uşaqlarda şirniyyata olan həddindən artıq sevgi, onun sağlamlığı üçün zərərli ola bilər. Bəs uşaqlarda bu "sevgi"ni necə nəzarət altında saxlamaq olar? Ona necə sağlam qida vərdişi aşılamaq olar?

İlk növbədə konfet qabını göz qabağına qoymayın. Uşaqlar şirniyyatdan gündəlik deyil, iki gündən bir istifadə etməlidirlər.
Uşaq rasionundan şirniyyatı birdən-birə çıxartmaq olmaz. Bu səbəbdən şirniyyatdan istifadə sxemi tətbiq olunmalıdır. Uşaq bilməlidir ki, yalnız səhər yeməyindən sonra az şirinli peçenyedən, günortadan sonra isə kiçik şokoladdan istifadə edə bilər.
"Şorba yeməsən sənə şokolad verməyəcəyəm", bu sözü bəzi analar çox təkrar edirlər. Amma bu cur "şantaj" vəziyyəti daha da ağırlaşdırır. Uşaq qadağan olunmuş məhsula daha çox bağlanır.

Övladınızı müxtəlif rəngarəng Ardı »

Valideynə məsləhətKörpələrin yuxu rejimi: neçə saat yatmalıdırlar?

Bütün valideynlərin yuxuya dair sualları var. Körpəmin nə qədər yuxuya ehtiyacı var? Nə üçün yeni doğulmuş körpəm bütün gün yatır və gecə oyanır? İməkləyən körpəm gündə neçə dəfə yatmalıdır? Yuxu ilə bağlı bəzi suallarınıza cavab əldə edin.

Sakit və şirin yatan körpəyə baxmaqdan gözəl heç nə ola bilməz. Lakin bir çox valideyndən eşidə bilərsiniz ki, onlar belə bir mənzərə ilə tez-tez qarşılaşmırlar.

Heç bir uşaq bütün gecəni yatmır. Lakin elə bir məqama çatır ki, yuxudan oyanandan sonra təkrar yatır.

Yuxuya və körpələrə gəldikdə, valideynlərin çox sualı olur. Birincisi və ən vacibi: Körpəmin nə qədər yuxuya ehtiyacı var? Aşağıda bəzi ümumi təlimatlar verilmişdir. (Körpəniz və Ardı »