Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HamiləlikAna südünün tərkibi haqqında bilmədiklərimiz

Ana südünün tərkibi haqqında bilmədiklərimiz...

Müxtəlif süd növlərinin tərkibində olan yağların arasında mühüm fərqlər vardır. Ana südünün tərkibində
esensial yağ turşuları var. Onun miqdarı 57 % - dir. Amma inək südü və süni qida qarışıqlarında bu yağlar mövcud deyil. Esensial yağ turşuları uşağın beyin və gözlərinin inkişafı üçün çox lazımlıdır və həmçinin, damarların normal fəaliyyətinə zəmin yaradır.

Ana südündə yüksək molekullu esensial araxidon turşusu var. Bu turşu yeni doğulmuş uşağın orqanizmində çox vacib rol oynayır. Əvvəla, əsəb hüceyrələrinin membran quruluşunda iştirak edir, ikincisi isə, bağırsaqların formalaşmasında əsas rol oynayır. Araxidon turşusu inək südündə yoxdur.

Ana südündə lipaza fermenti mövcuddur. O, yağların parçalanması və həzm olunmasında Ardı »

HamiləlikUşaqlar səhər yeməyində nə yeməlidirlər?

Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar

Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.
Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.
Gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur. Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu Ardı »

HamiləlikHamiləykən təkrar hamilə qalınarmı?

Bildiyimiz kimi hamilə olan bir qadının təkrar hamilə qala bilməsi mümkün deyil. Ancaq bəzən həkimlərin "qeyri-mümkün" dediyi belə hallar yaşandığında insan "görəsən mən də eyni vəziyyəti yaşarammı?" deyə düşünməyə bilmir.

2009-cu ildə Time jurnalında nəşr olunan xəbərə görə Julia Grovenburg adlı Amerikalı bir qadın, 2 həftə arayla iki dəfə hamilə qalmışdır. 31 yaşındakı qadının qızı 24 dekabrda, oğlu isə qızından 17 gün sonra 10 yanvar 2010-da dünyaya gəlmişdir.

Mütəxəssislərə görə hamiləykən təkrar hamilə qalmanın (Superfetasyon) səbəbi qadının yumurtlamağa davam etməsi olaraq göstərilir.

Normalda hamiləlik üzərinə, yəni o hamiləlik sonlanmadan yeni bir hamiləlik meydana gəlməz. Səbəbi isə qadınların hər ay bir yumurta inkişafına uyğun anatomiyada Ardı »

HamiləlikAilədə münasib tərbiyə metodları

[color=#fe5e5e]Valideynin mühüm vəzifəsi övladını müxtəlif sahələr üzrə düzgün tərbiyə etməsidir. Tərbiyə məsələsini müxtəlif inkişaf mərhələlərinə uyğun həyata keçirmək lazımdır. Aydın məsələdir ki, valideyn və ailədəki mühit uşaq üçün ən yaxşı tərbiyəçi və müəllimdir. Valideynin övladlarla kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən əlaqəsi fərdi əlaqədir, başqa ibarətlə desək: uşaq valideynlə qurduğu əlaqə və ünsiyyəti başqa heç kimsə ilə qurmur. Onunla valideyn arasındakı səmimi dostluq əlaqələrinin ikinci əvəzedicisi yoxdur. Valideyn düzgün tərbiyə üsullarını öyrənib həyata keçirsə istənilən müəllim və tərbiyəçidən daha çox müvəffəqiyyət qazana bilər. Uşağın düzgün tərbiyə edilməsinə təsir göstərən amillər aşağıdakılardan ibarətdir:

1. Təlim

Ardı »

HamiləlikKörpənin çəkisinə yox, boyuna fikir verin

"Kök körpə yaxşıdır, sağlamdır!"

Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.

Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci Ardı »

HamiləlikHailəliyin gedişinə tibbi nəzarət

Hamilə qadın hamiləliyin lap əvvəlindən başlayaraq doğuşa qədər olan dövr ərzində müntəzəm olaraq mama-ginekoloqun nəzarətində olmalıdır.
İlk növbədə hamilə qadın pasport qeydiyyatında olduğu ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşməlidir.
Orada onun üçün açılan qeydiyyat kartında hamiləliyin gedişi üzrə tələb olunan bütün göstəricilər, laborator və digər müayinələrin nəticələri qeyd olunur.
Hamilə qadının qadın məsləhətxanasına ilk müraciəti zamanı onun həqiqətən hamilə olması və hamiləlik üçün risk faktorlarının aşkar edilməsi üzrə həkim müayinəsi aparılır. Bu məqsədlə cinsi yolla keçən infeksiyaların müəyyən edilməsi üçün uşaqlıq yolundan yaxma götürülür; qanın, sidiyin ümumi müayinələri, həmçinin qan qrupu və rezus-faktor, qanın sifilisə, QİÇS-ə və digər infeksiyalara görə müayinələri təyin edilir. Hamilə Ardı »

HamiləlikYüksək hərarət uşaqsalma riskini artırır

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Ədli Şadı Karaman hamiləlikdə yüksək hərarətin nəticələri haqqında məlumatlar verdi.
"Normal bədən istiliyi 36-37 dərəcə arasında olur. 37 dərəcədən yuxarı isə artıq hərarət hesab olunur. Hərarətin yüksəlməsi orqanizmin hansısa prosesə qarşı müqaviməti və mübarizəsidir. Hamilə qadınlarda normal bədən istiliyi hamilə olmayanlarla eynidir. Tək fərq yüksək hormon səviyyələri və bədən müqavimətindəki aşağılıq səbəbidir. Hamilə qadınlarda yüksək hərarətin daha asan ortaya çıxması və təsirlərinin də çox ciddi olmasına diqqət yetirmək lazımdır."

Hamiləlikdə yüksək hərarətin səbəblərini açıqlayan Karaman, "Yüksək hərarət iki qrupa ayrılır. Birincisi infeksiya səbəbi ilə ortaya çıxan yüksək hərarətdir. Hamiləlikdə ən çox rast gəlinən infeksiyalar, Ardı »

HamiləlikHamiləlik zamanı sidikdə zülalın artması

Hamiləlik zamanı sidiyin analizi çox vacib analizlərdən biri sayılır və müntəzəm olaraq hamiləliyin əvvəlindən axırına kimi verilir.
Analiz verdikdən 1 gün əvvəl duzlu, kəskin və həmçinin zülallarla zəngin olan qidaları (ət, yumurta və s.) qəbul etmək, güclü fiziki və psixoloji yüklənmələrə məruz qalmaq olmaz ki, bu analizin nəticələrinə təsir etməsin.
Sidik sübh tezdən (birinci sidik) steril qaba yığılmalıdır. Sidiyi yığdıqdan əvvəl qadın yaxşı yuyunmalıdır ki, sisiyə uşaqlıq yolundan və anusdan mikroblar düşmısin. Qaba "orta" sidik yığılır. Bu nə deməkdir? Əvvəl qadın ilk 3 saniyə ərzində sidiyi unitaza ifraz etməlidir və sonra isə orta sidiyi qaba yığmalıdır. Sidik tez bir zamanda (yığdıqdan sonra 2 Ardı »