Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HamiləlikKörpələrdə yuxusuzluq problemi

[color=#fe5e5e]Körpələrin bir çoxu uyğunlaşmaya çətinliyi çəkpır. SİA-nın xəbərinə görə, bunların bir çox səbəbi ola bilər. Aclıq, qaz sıxışması, fərq edə bilmədiyiniz bir narahatlıq və s. Əgər bütün şərtlər normaldırsa, uşağınız yenə də yatmamaq üçün dirəşə bilər. Körpə ana qarnında olan vəziyyətə alışdığı üçün dünyaya gəldikdən sonra adaptasiya olmaqda çətinlik çəkə bilər. Hamilə ikən doğumunuzun son aylarına doğru gündüzləri körpənizin hərəkətlərini ümumiyyətlə hiss etməzsiniz. Çünki hərəkət halındasınız və ana rəhmindəki körpə beşik kimi hərəkət halında olduğu üçün yatar. Ümumiyyətlə yelləyərək yuxuya getmələrinin asan olmasınında səbəbi budur. Gündüz uyğunlaşmaya çətinliyidə çəkməzlər. Gecələridə körpələr xasiyyətsiz və narahatdır. Bununda səbəbi gündüz hərəkət halında olan ana Ardı »

HamiləlikUşağınız sizə qulaq asmır?

Ana və atalardan "Uşağım məni dinləmir" şikayətini çox eşidirik. "Günahkar axtarmaq yerinə nümunə olmağa çalışmaq, ailə içi ünsiyyəti daha yaxşı hala gətirməliyik" deyən Psixoloq Məsləhətçi Əsərə Atəş Axının, bu mövzuda ailələrə təklifləri var.Uşağa qışqıraraq söz dinlətməyə çalışmaq olmaz.

Ona əhəmiyyətli şeylər izah edərkən sizi diqqətə almamağı, başqa işlərlə məşğul olması sizi olduqca hirsləndirər. Bununla bağlı olaraq da böyüklərin səs tonları şiddətlənər. Uşağın diqqətini çəkmək üçün ana-ata yüksək səslə danışmağa başlar. Halbuki yüksək səsə qarşı uşaq özünü müdafiə etməyə çalışar, Ardı »

HamiləlikHamiləlik zamanı diş problemləri

Hamiləlik zamanı böyüyən uşağa çoxlu miqdarda kalsium mikroelementi tələb olunur. Bu kalsium uşağın skeletinin formalaşması üçün lazımdır.
Qadın daim qida ilə kifayət qədər kalsium almalıdır, həkimin məsləhəti ilə tərkibində kalsium olan vitamin-mineral kompleksləri qəbul etməlidir.
Lakin bir çox hallarda hamilə qadının orqanizmində müxtəlif səbəblərə görə (natamam qidalanma, kalsiumun mədə-bağırsaq sistemi tərəfindən kifayyət qədər mənimsənilməməsi və s.) kalsiumun çatışmazlığı yaranır. Bunun nəticəsində uşağın orqanizminin formalaşmasına lazım olan kalsium qadının sümüklərindən və dişlərindən "yuyulmağa" başlayır. Məhz bu səbəbdən bir çox qadınlarda hamiləlik zamanı karies yaranır.
Bundan əlavə hamiləlik zamanı ağız suyunun tərkibi də dəyişilir ki, orada qoruyucu maddələrin miqdarı azalır. Bu da öz növbəsində kariesin yaranması Ardı »

HamiləlikUşaqları xəstəlikdən qorumaq yolları

Payızı geridə buraxmağımıza az qalıb.Bu günlərdə soyuqdəymə, qrip, farengit, sinüzit və orta qulaq iltihabı kimi tənəffüs yolu infeksiyaları xəstəlikləridə artır.


Bunun bir çox səbəbi var. Birincisi uşaqlarda xüsusilə tənəffüs yolu infeksiyası edən virus və bakteriyaların soyuğu sevməsidir. İkinci səbəbi isə; məktəblərin açıq olmasıdır. Məktəblər, çox vaxt infeksiyaların sürətlə yayıldığı bir mühit olur. İmmunitet sistemləri daha həssas olan uşaqlar da qışı yoluxucu xəstəliklərlə qarşılayır.

Fəsil dəyişmələrində uşaqları xəstəliklərdən qorumaq üçün alınması lazım olan tədbirlər aşağdakılardır;

Uşağınızı xəstəliklərdən qorumanın ən əhəmiyyətli nöqtəsi; xəstələrlə yaxın təmasda olmasından qaçınmaq və bədən müqavimətini saldığı üçün soyuqdan qorumaq olmalıdır.

Məktəbin birinci ili əhəmiyyətlidir ...
Uşağınız istər birinci sinifə başlasın, istər yuxarı sinifdə Ardı »

HamiləlikUşaq bezləri necə olmalıdır?

[color=#f82e00][b]Körpəniz üçün adi bir bez istifadə etməməli olduğunu bilirsiniz əlbəttə. Bazarda onlarla bez növünün içində hansı körpəmə uyğun deyə düşünürsünüzsə, o zaman aşağıdakı yeddi meyyara diqqət etməniz lazımdır.
1. Qızmı, oğlanmı?
Körpənizin cinsiyyəti əhəmiyyətlidir. Çünki satılan bir çox körpə bezinin üstündə qız ya da oğlan üçün yazısını görəcəksiniz. Səbəbinə gəlincə: qız ya da oğlan körpənin cinsiyyət nahiyəsi fərqli olduğu üçün bez istehsalçıları, bezin bu hissəsinin əmiciliğini artırırlar. Beləcə körpənizin genital nahiyəsi quru qalır.
2. Gigiyenikdir?
Təmizlik əhəmiyyətlidir, çünki körpənizin bez nahiyəsi mikroblara qarşı açıqdır.Təmizliyindən əmin olmaq üçün paketli məhsulları əldə edin. Çünki belə bezlər daşınma və satın Ardı »

HamiləlikÖzünə güvənən uşaq necə böyüdülməlidir?

[b][color=#fe5e5e]Hər ana ata istəyir ki övladı özünə güvəni olan, özünə inanan bir insan olsun. Həyata qarşı daha güclü, çətinliklərlə asalıqla başa çıxan, tez yorulmayan, öz ayaqları üzərində dayanan, hər vəziyyətdə öz ehtiyaclarını qarşılaya biləcək gücə sahib olan bir fərd olmasını arzu edir.



Bunun üçün özlərinə görə əllərindən gələni edən valideynlərə mütəxəssislər bu müddət ərzində bir az yol göstərməlidir.

Özünə güvən duyğusunun təməli körpəlik dövründə qoyulur. Bir yaşına kimi ana atasından kifayət qədər maraq və sevgini görmək, eyni zamanda irəliləyən yaşlarda da bu gözəl duyğunun davamının təmin edilməsi çox əhəmiyyətlidir. Sevildiyini hiss etmək özünü qiymətli və əhəmiyyətli hiss etmənin təməlini qoyur. Ardı »

HamiləlikUşaqda yuxuya getmək probleminin həlli yolları (araşdırma)

Axşam oldu, uşağınızın yuxu saatı gəldi. 21.30 ətraflarında onu yatağa götürdünüz...Bir nağıl oxudunuz, öptünüz, gecən xeyrə, şirin yuxular dediniz bir-birinizə... Siz də yorucu bir günün ardından onu yatırdıb mətbəxdəki qab-qacaqları yığışdırmaq, bir neçə paltarı ütüləmək, yoldaşınızla iki söz edib bir az da ayaqlarınızı uzadıb istirahət xəyalqurursunuz. Amma çox təəssüf ki bunları etmək yerinə bütün akşamınızı uşağınızın otağına təkrar təkrar ged gəllə keçirirsiniz. "Ana, mənə bir nağıl daha oxuya bilərsən? Bu axşam sizin yanınıızda yatmaq istəyirəm. Ana gəl canavar var otağımda, ana televizorda gözəl bir şeylər var ona baxa bilərəmmi? "Kimi çağrılarla ən sonda yuxuyagetdiyində bir baxırsınız ki saat 24.00 olmuş...

Uşaqlar Ardı »

HamiləlikUşağın iştahası yoxsa nə etməli?

Uşağın iştahası yoxsa nə etməli?

İştahası olmayan uşağı yedirtmək artıq bir çox anaların sanki qorxulu röyasına çevrilib. İştahasızlıq bir çox hallarda qanazlığı, qurd xəstəlikləri və bir sıra bağırsaq infeksiyası kimi xəstəliklərin bir simptomu ola bilər. Lakin iştahanın olmamasına səbəb hər hansısa bir xəstəlik deyilsə və sahə həkiminiz uşağın çəki-baş və boyun ölçüsünün yaşa uyğun olduğunu deyirsə bu o deməkdir ki,uşağınız özünə gərəkən miqdarda qida qəbul edir. Və əgər siz yenə uşağın iştahasızlığından şıkayət edirsinizsə o zaman mütəxəssislərin məsləhətlərindən faydalana bilərsiniz.

İlk olaraq uşağa əsla-"boşqabdakı yeməyin hamısını yeyəcəksən"-deməyin! Demək olar ki,hər ana uşağına gündə bir dəfə olsa belə bu cümləni deyir. Bəs heç düşündünüzmü Ardı »