Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HamiləlikSüdəmər uşaq istədiyi qədər yata bilər

Bəzən analar uşaqlarının ağlağan olduğundan şikayətlənirlər. Körpə, əlbəttə, səbəbsiz yerə ağlamır. Əgər bu səbəbi aşkara çıxarmaq anaya müyəssər olursa, uşaq dərhal səsini kəsir. O, səs-küy çox olduqda, həddindən artıq isti və yaxud soyuq olduqda, susadıqda, acdıqda, gözünü işıq qamaşdırdıqda, yuxusu gəldikdə, xəstələndikdə, bir yeri (qulağı, qarnı və s.) ağrıdıqda ağlayır. Bəzi analar körpə ağlamağa başlayan təki səbəbini öyrənmədən, dərhal qucağına alıb yedizdirir və ya tez-tez əskilərini dəyişdirirlər. Əskilərin lüzumsuz yerə dəyişdirilməsi zamanı uşaq soyuqlaya bilər.



Südəmər uşaq istədiyi qədər yata bilər. Əgər o, sağlam və gümrahdırsa, gündüzlər az yatmağından narahat olmağa dəyməz. Eləcə də yatmış uşağı yedirtmək vaxtı Ardı »

Hamiləlikamiləlik zamanı ayaqlarda qıcolmalar

Bir çox qadınlar hamiləlik zamanı ayaqlarda olan qıcolmalarla üzləşir. Qıcolmalar çox vaxt axşam və ya gecə saatlarında istirahət zamanı özünü büruzə verir.
Qıcolmalardan qorxmaq lazım deyil. Ananın və körpənin səhhəti üçün qıcolmalar təhlükə yaratmır. Lakin tez-tez təkrarlandıqda belə qıcolmalar həm ananı narahat edir, həm də ananın orqanizmində gedən bəzi pozulmalara işarə edə bilər.
Beləliklə, hamiləlik zamanı qadının ayaqlarında (və bəzən də qollarında) olan qıcolmaların səbəbləri bunlardır:
- Bir çox hallrda bunun səbəbi hamilə qadının orqanizmində kalsium, kalium və maqnezium kimi mikroelementlərin və B6 vitaminin çatışmazlığıdır. Bu pozulma hamiləliyin əvvəlində tez-tez təkrarlanan qusmalar, ortalarında və axırında isə natamam qidalanma, sidikqovucu preparatların qəbulu, böyüyən uşağın Ardı »

HamiləlikHamiləlik dövründə anemiya

Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı «qanazlığı» da adlandırırlar.

Lakin bu o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin (qırmızı qan hüceyrələri) miqdarı azalmış olur.

Anemiya özünü necə büruzə verir? Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik Ardı »

HamiləlikValideyn iqtidarının zəruriyyəti

[color=#b53dd2]Ailədə hər kəsin dərəcə və səviyyəsinin qorunub saxlanması mühüm məsələlərdəndir. Ailədəki dərəcə silsiləsinin zəruriyyətlərindən biri bəzi ailə üzvlərinin daha çox iqtidar sahibi olmasıdır. Kifayət qədər iqtidar sahibi olub ədaləti qorumaq öhdəyə düşən məsuliyyəti yerinə yetirməyin lazımi şərtidir. Ailədə ən çox və ən mühüm vəzifələr valideynlərin üzərinə düşdüyü üçün onlar digər ailə üzvlərindən daha iqtidarlı olmalıdır. İstər nəzəri, istər dini baxımdan ailədə valideyn idarəçiliyinin zəruriyyəti təsdiqlənmişdir. Valideynə tabe olub, onunla dostluq etmək lazımdır. Valideynlər yalnız qarşı tərəfi günah işlətməyə məcbur etdikləri zaman onlara itaət etmək olmaz. Hətta bu vəziyyətdə belə onlarla ədəbli davranaraq etirazı bildirmək lazımdır.

Valideynin ailədə iqtidarını qoruyub saxlaması və Ardı »

HamiləlikUşaqlarınızı döyərkən hansı xəstəliklər yaratdığınızı bilirsiz?

Əgər uşaq döyülərsə, gələcəkdə onda xərçəng, ürək və astma xəstəliklərinin inkişaf edəcəyi istisna edilmir. Böyük Britaniyanın Plimut Universitetinin bir qrup alimi bu fikirdədir. Bu barədə Trend Britaniyanın "Teleqraf" qəzetinə istinadən yazır.

Ekspertlərin fikrincə, fiziki təsir və ya qışqırmaq nəticəsində yaranan güclü stress uşağı xəstəliklərə meylli edə bilər. Həmçinin uşaqlıqda fiziki və ya seksual zorakılığa məruz qalmağın xroniki xəstəliklərə səbəb olduğunu güman etməyə əsas var.


Ekspertlər Səudiyyə Ərəbistanında sağlamlığından şikayəti olmayan 250 nəfər yaşlı şəxs arasında sorğu aparıblar. Alimlər onların uşaqlıq illəri ilə maraqlanıblar. Habelə 150 ürək, 150 xərçəng və 150 astma xəstəsi arasında da sorğu aparılıb.

Tədqiqatçılar könüllülərin uşaq yaşlarında nə qədər tez-tez Ardı »

HamiləlikHamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.


Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözlərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir Ardı »

HamiləlikCiftin finksiyaları və yerləşməsi

Mayalanmadan sonra əmələ gəlmiş yeni hüceyrə toplusu uşaqlıq boşluğuna düşür və müəyyən müddətdən sonra uşaqlığın divarına implantasiya edir (bərkidilir).
Daha sonra (hamiləliyin təxminən 2-ci həftəsindən başlayaraq) bu yerdə ciftin əmələ gəlməsi prosesi başlayır. Bu proses hamiləliyin təxminən 16-cı həftəsində sona çatır. Cift içəridə damarlar keçən göbəkbağı vasitəsilə ana və uşağın orqanizmlərini bir-biri ilə birləşdirir.
Cift çox vacib orqandır. Cift bir sıra mühüm vəzifələri yerinə yetirir:
- cift vasitəsilə döl ana orqanizmindən bütün ona lazım olan qidalı maddələri (zülallar, yağlar, vitamin və mikroelementlər və s.) və oksigeni alır. Daha sonra isə istifadə olunmuş maddələr və karbon qazı yenə də cift vasitəsilə döl orqanizmindən xaric olunur.
- Ardı »

HamiləlikBoy uzatma üçün lazıml olan qidalar...

Uşağınızın boyunun qısa olduğunu düşünür və boylarının ideal səviyyəyə gəlməsini istəyirsiniz?

O halda aşağıdakı qidaları onlara verməlisiniz . Bu qidaları doğru və ideal bir şəkildə uşaqlarınıza verdikdən sonra onların boylarındakı inkişafı görəcəksiniz .Süd: Süd və qrupu olaraq ümumi bir ad altında toplansa da, südün digər süd məhsullarına görə uşağınızın boyunun uzanmasında ayrı bir əhəmiyyəti vardır. Gün ərzində 2 su stəkanı süd içilməsi boy uzanmasını dəstəkləməsi ilə yanaşı uşağınızın sümük quruluşunun da güclənməsini təmin edir. Südün boy uzanmasını daha çox dəstəkləməsi üçün gecə yatmadan içilməsi lazımdır. Çünki bu saatda içilən süd böyümə hormonunun ifraz olunmasını təmin edir.Süd məhsulları: İçərisində kalsium olan bu Ardı »