Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HamiləlikHamiləlik zamanı hansı ağrıkəsici preparatlar istifadə olunur?

Hamiləlik zamanı qadın müxtəlif ağrılarla — baş ağrısı, diş ağrısı, əzələ ağrısı və s. üzləşə bilər.

Bütün qadınlar bilir ki, bir çox dərman preparatları hamiləlik zamanı qəbul etmək olmaz. Bu qayda əksər ağrısızlaşıran dərman preparatlarına da aiddir.

İlk növbədə ağrı ilə mübarizədə təbii vasitələrdən istifadə etmək lazımdır. Belə ki, diş ağrısı zamanı ağrıyan dişin üzərinə və ya xarab dişin oyuğuna qoyulan mixək, 1 tikə sarımsaq, 1 tikə propolis, diş pastası kömək edə bilər. Bundan əlavə hər 2 saatdan bir duzlu su ilə qarqara iltihabı və ağrını xeyli azaldır (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

Baş ağrıların səbəbi gərginlik olduqda, qadın bir Ardı »

HamiləlikKörpələrdə qaz sancısını aradan qaldırma üsulları

Körpələrdəki qaz sancısı ana üçün yuxusuz gecələr, körpə üçün çətin keçən,səmərəsiz yuxular mənasını verir. Gəlin qaz sancısını aradan qaldırma yollarına bir nəzər salaq...Əksər hallarda doğum sonrası 1-ci,2-ci həftələrdən sonra başlayan qaz sancısı, 6-cı aya qədər bəzi ailələr üçün çətin günlərin başlanğıcı ola bilər.


Qaz sancısını aradan qaldırmağın yolları:

* Körpənizi mümkün qədər ana südü ilə bəsləyin. Ana südü körpələrin həzm sisteminə ən uyğun, ən təbii qidadır. Erkən dövrdə başlanan əlavə qidalar qaz sancısına səbəb ola bilər.

* Körpələrə şəkərli su içirilməsi, əmziklərin bala və ya bəkməzə batırılaraq verilməsi, çox erkən aylarda nişastalı qidalara başlanması, meyvə sularının gərəyindən çox içirilməsi və ya verilən meyvələrin tam Ardı »

HamiləlikUşaq öskürür?! Dərmanı bizdə...

Əksər hallarda uşaqlarda öskürəyin səbəbi kəskin bronxit olur.
Bronxit uşaqlarda ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. 1 il ərzində uşaqlar 3-4 kəskin bronxit keçirdə bilirlər.

Bronxitin səbəbləri çoxdur:

- uşaqların immun sisteminin natamam inkişafı

- uşaqların bəzi anatomik xüsusiyyətləri (uşaqların bronxları daha qısa və enli olur)

- bağça və məktəb uşaq kollektivlərində müxtəlif infeksiyaların geniş yayılması

- orqanizmdə infeksiya ocaqların (iltihablaşmış badamcıqlar, adenoidlər, çürük dişlər) olması və s.

- gigiyenik qaydaların pozulmaları (uşaqların əksəriyyəti çirkli barmaqlarını, oyuncaqlarını ağzına salır, çirkli meyvələr yeyirlər və s.)

Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir.
Adətən bronxit kəskin respirator infeksiyası və ya Ardı »

HamiləlikUşaqların cinsi inkişafı

[color=#c238dd][b]Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.

Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:

- cinsi inkişafdan geri qalma,

- cinsi inkişafın vaxtından qabaq başlaması.

Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra Ardı »

HamiləlikKörpə bələmək geri döndü

Bizdə, yeni yeni qundaq istifadəsi qalxdı, qərbdə isə təkrar istifadə edilməyə başlandı. 90-cı illərdə azalma başladı,hal-hazırda, demək olar ki, heç istifadə edilmir kimi bir şeydir. On səkkizinci əsrə qədər, bələmək hər cəmiyyətdə istifadə edilən bir üsul idi. On səkkizinci əsrdən sonra, tətbiq yavaş yavaş qərb cəmiyyətində buraxıldı. Hal-hazırda təkrar qərb cəmiyyəti, bu tətbiqə dönməyə başladı. Mütəxəssislərə görə, bələməyin zərəri və faydaları var.

Həkimlərin, qundağa qarşı olmalarının ən əhəmiyyətli səbəblərindən biri, möhkəm edilən qundaqdır. Bu şəkildə möhkəm edilən qundaq, omba çıkığı riskini artırır. Bir digəri isə, öz-özünə dönməyə başlayan bir körpə üçün, üzüstə dönmə ehtimalı ilə olan körpə ölümləridir. Bir tərəfdən Ardı »

HamiləlikMioma və hamiləlik

Təəssüf ki, miomalar qadınlarda hamilə qalmaq şansını azaldır.
Məsələ burasındadır ki, miomalar (xüsusilə böyük ölçüdə olanlar) uşaqlıq boşluğunu deformasiya edir, uşaqlıq borularını sıxır və nəticədə spermatozoidlərin hərəkətini çətinləşdirir. Bundan əlavə mioması olan qadınlarda bir çox hallarda hormonal fon pozulmuş olur ki, bunun nəticəsində qadında ovulyasiya baş verməyə bilər. Sadaladığımız amillər qadında sonsuzluğa gətirib çıxara bilər.
Lakin uşaqlığın əzələ qatında yerləşən kiçik miomalar adətən hamiləliyin baş verməsinə və onun gedişatına mane olmur.
Həkimlər mioması olan qadınlara hamiləliyin planlaşdırılması mərhələsində miomanı müalicə etmək və ya bəzi hallarda hamiləlikdə əvvəl miomanı xaric etmək tövsiyə edirlər. Miomanın xaric olunmasından 6 ay sonra qadın hamiləliyi planlaşdıra bilər.
Bəzi hallarda Ardı »

HamiləlikHamiləlik və peyvəndlər

Hamiləliyə hazırlıq dövründə qadına bəzi peyvəndlərin vurulması lazım ola bilər.
Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.
Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası - hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin Ardı »

HamiləlikHamiləlikdə dəriyə qulluq

Hamiləlik dövründə analığa namizədlərin bədənlərində bir çox dəyişikliklər yaranır. Hamilə qadınları narahat edən bu dəyişikliklərin təsirini azaltmaq üçün bədənə qulluq etmək labüddür.

Hamiləlik dövrü qadının bədənində bir çox dəyişikliyi sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə hamilə qadınların çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklər bədəninin hər yerinə təsir göstərir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.

Ən çox dəyişik dəridə yaranır. Hamilə qadınların üz dərisində quruluq, döş və qarın nahiyyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilər.

Hamilə qadınlar bədənini yaxşı Ardı »