Sevgi varmı? → Kim Olduğunu Unutma..
Bilal adlı bir kölə var idi. Bir gün bu kölə Sultan Mahmudun köləsi olur. Sultan, köləni gözəl xarakterinə görə çox sevir. Bu kölə Sultanın elə etibarını qazanır ki, bütün sultanlığın xəzinəsi ona etibar edilir. Bu vəziyyəti görən saray sakinləri isə çox narahat olurlar. Paxıllıqları onlara gecə rahat yatmağa imkan vermir. Bir kölənin saray xəzinədarı olmasını həzm edə bilmirlər.
Bu düşüncələr içində saray adamları Sultanın gəzdiyi, keçdiyi hər yerdə kölənin əleyhinə danışmağa başlayır və bununla da onu Sultanın gözündən salmağa çalışırlar. Bir gün Sultanın hüzurunda bir saray sakini digərinə deyir:
"Kölə Bilalın tez-tez xəzinəyə getdiyini bilirsən? Onun qızılları oğurladığına adım kimi əminəm."
Ardı »