Sevgi varmı? → Böyük Uşaqlar
— Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi. — Niyə?- deyə yaxınlıqdakı anası soruşdu. — Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi. ......— Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir. — Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır. — Bəs sənin əhvalını pozan nədir? — Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu? — Başa düşmədim, sən nə haqda danışırsan, oğlum? — Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Ardı »