Sevgi varmı? → İçimizdəki "biz"
Qapıdan içəri girən kimi çantasını bir kənara atdı və özünü yatağa atıb ağlamağa başladı. O, məktəbin basketbol komandasına düşmək üçün əlindən gələni etmiş, ancaq heç cür buna nail ola bilməmişdi. Anası səssizcə otağa girdi və mehriban ifadə ilə nə olduğunu soruşdu. “Komandaya düşə bilmədim. Mənə hələ balacasan dedilər” , - deyə balaca basketbolçu cavab verdi. Anası oğlunun yanına oturdu. Qolunu oğlunun boynuna salıb: “Oğlum, əsas məsələ sənin balaca olmağın deyil. Əsas məsələ içindəki basketbolçunun böyük olmağıdır” , - dedi. Anası bu sözləri deyibotaqdan çıxdı. Bir azdan balaca basketbolçu yatağından qalxdı. İndi o üzünü həmişəkindən daha güclü hiss edirdi. Doğrudur, bəlkə də Ardı »