Sevgi varmı? → SENI DUWUNUREM...
Səni düşünürəm sevgilim...
Yuxunun dinc qollarına özümü ata bilmədiyim, yatağımda yuxunu gözləyərək dayandığım gecələrdə arzulayıram səni.
Sözlərdən körpülər qura bilmək, bəzən də söyləmədən belə bilmək istəyirəm səni.
Sənin sözlərində; mənim içimin ən dərinində saxladıqlarımı tapmaq istəyirəm.
Dünyaya sənin gözlərindən baxanda; heç yad hiss etməyəcəyimi bilmək istəyirəm.
Həyatlarımızın o xırda detallarında tapdığımız yaxınlıqları, eynilikləri paylaşa bilmək istəyirəm.
"Kimsə bilməz, anlamaz onsuzda hamısı məndə gizli qalsın" deyərək yığdığım bütün "az"larımı səninlə çoxaldacağımı hiss etmək istəyirəm.
Mənim həyatım yaşana bilməyəcək qədər kompleksli olmadı heç vaxt. Pessimist və darıxdırıcı dövrlərim oldu.
Hətta özümə yazığım gəldiyi uzun vaxtlar belə oldu.
Pessimist ya da optimist olmağın yalnız bir seçim olduğunu öyrəndim.
Gülümsəyəndə həmişə qarşımda parlayan bir ümid Ardı »