Sevgi varmı? → Duzgun Olmayan Terbiye,ananin Sehvi Yoxsa...yalniz
Artıq çox qocalmışdı. Səhhəti də yaman
pozulmuşdu.Qabırğası yaman ağradırdı. O
uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür ,
ele hey düşünürdü. Bu yaşa gəlmiş , amma necə
gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə
ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü
gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq
istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75
il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda
yadına çox az şeylər gəlirdi, onları toplayıb bir
araya gətirəndə , yadında olduğu günləri
toplayanda heç 5 il də eləmirdi. Yoxsa , mənasız bir
ömürmü sürmüşdü? Hər halda, bunları düşümək
heç bir şey vermirdi ona, növbəti faydasız saatlar
demək idi.İndi ona fərq etmirdi mənasızdı , ya
mənalı .yaşadıqları Ardı »