Sevgi varmı? → DAGINIQ DUWUNCELER.....
Bu gecə ürəyim sərt dalğalarla çoşan bir dənizdir sanki...Astaca qulağıma pıçıldayan sakitlik...
Artıq payız fəslidir...Yağış isə, bir gün özünü bizə sevdirib itdi yenədə...Günəş bir payız gündüzləri yaşadsada....Gecələr əsən küləklə düşüncələrim dağınıq bir hala gəlir...Üşüyürəm...Payızı sevirəm,o isə məni...Sevmir.
Sanki ürək döyüntüsünü hiss edirəm.Amma nədənsə bir ağrı ilə döyünür .Tup...tup...tup...tup...Əllərimdə ürəyimi bərk bərk sıxıramki, duymayım o döyüntünü...Bəlkə dayana...bəlkə susa ürəyim...Mən özüm özümü anlamıram...İki fərqli insanam sanki...Gündüzləri bahar tək yaşayan,gecələri isə payız tək...
Mən payızı sevirəm...O məni ...
Sevmədiyini bilirəm əslində...Çünki sərin yağmurunun hər damlası mənə söyləyir.
-Sən yalnızsan...Bu payızını da tək tənha yaşa...
Sərin havada bir çətirin altında gəzən sevgililəri görürəm...Onların bir birini qucaqlamış qolları...sakitcə baxışları...bir çətirə iki sarılan Ardı »