Sevgi varmı? → Payızım "Sən"sən
Eşqin və kədərin mövsümüdür Payız…
Araya saldığı həsrətlə, eşqi saraldıb solduran bir mövsüm…
Düşən ulduzların apardığı insanlar kimi, budağından düşən hər yarpaq bir eşqi soldurar Payızda…
Ayrılığı, həsrəti, kədəri yaşadar…
Sarıdır Payız; sərin və sarı…
Eynilə ölüm kimi, ümidsizlik, həsrət kimi…
Sona çatmaqdır Payız; yox olmağın sərhədində tükənib bitmək…
Və gözyaşıdır Payız...
Öz gözyaşınla islanmğın çarəsizliyi, öz təkliyində üşüməyin, öz içində itməyin dəhşətidir…
Günəşi solmuş bir eşqdir Payız; hər gününü qurumuş bir yarpaq kimi yaşayan, ayrılığa, həsrətə və kədərə bulanmış bir eşq…
Yandıran, əridən, yox edən, sonra yenidən yaradıb ölümsüz edən bir eşq… Və eşq; sona gəlmişkən, sənə gələn eşq…
Bir Payız günündə tanıdım Səni; göylər ağlamağa Ardı »