Sevgi varmı? → SENI SEVMEK...
Səni sevmək bir sədaqəti deyil, sadiq bir xəyanəti sevməkdir...
İtirməyi və hər səfərində yenidən başlamağı sevməkdir...
Səni sevmək ayrılığı daha ilk dəqiqədən qəbul etməkdir...
Cavabsız bir sual, sualsız bir cavabdır...
Neçə məchulu olduğunu bilmədiyin bir misaldır...
Səni sevmək xəyalındakı eşqi deyil, bir dəliliyi sevməkdir...
Sonsuz bir dənizə açılmaq, çıxışı olmayan bir tunelə getmək istəyidir...
Cəhənnəmdə yanmağa qaçaraq getməkdir, bir günah etmək, şeytanın əmrini yerinə yetirməkdir...
Alovu Günəş sanmaqdır...
Bitməyən bir filmə dəfələrlə yenidən baxmaqdır...
Səni sevmək göylərə havalanmaq, uçmaqdır və hər səfərində çox yüksəklərdən yerə düşməkdir...
Yaralanmış üzünlə ,qanlarını təmizləyərkən yenə göylərə uçmaq cəsarətini tapmaqdır... Belə bir dəlilikdir səni sevmək...
Hələ heç bir şeyə sahib deyilkən, dünyalara sahibsənmiş kimi fikrinə qapılmaqdır və bu Ardı »