Sevgi varmı? → SSSR(Mütləq Oxuyun)
Sözün həqiqi mənasında sovet hökuməti mövzusunda mübahisə etmək mənim üçün din mövzusunda mübahisə etmək qədər əzablıdır. Əsəb korlanır, enerji tükənir, münasibətlər pozulur, ən pisi də odur ki, hər kəs öz fikrində qalır. Amma bəzən qəzet səhifələrində, televiziya ekranında sovet hökuməti haqda elə sözlər eşidib, elə sözlər oxuyursan... Adam daha özünü saxlaya bilmir. Əgər sovet hökuməti həmin adamların doğulduğu kəndlərdə məktəb tikməsəydi, hələ də qoyun otarırdılar. Özü də həyətlərinin qoyunlarını yox, başqasının qoyunlarını. Səhv etmirəmsə, Mehriban Vəzir "Bakı-Xəbər" qəzetinə verdiyi müsahibəsində maraqlı bir fakt açıqlamışdı. Sən demə, Mehriban xanımın nənəsi ərə gedəndə səkkiz kəndi ər evinə cehiz aparıb. Təsəvvür edin bir anlıq. Ardı »