Bəstəkarlar Və Müğənnilər → Firəngiz Əhmədova
Firəngiz Yusif qızı Əhmədova – müğənni, SSRİ Xalq Artisti (1967).Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar
[redaktə]
Həyatı
Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s. "Sənsiz" (Ü. Ardı »