Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və Müğənnilər → Ülviyyə Rəhimova

Ülviyyə Rəhimova (d. 2 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı müğənni.

Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub.[1] 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb.[2][3] Lakin finala çıxa bilməyib.[4]

Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub[ Ardı »

Bəstəkarlar Və Müğənnilər → Ağaxan Abdullayev

[color=#f82e00]Xanəndə
[redaktə]
Həyatı

Abdullayev Ağaxan 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır.

1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil almışdır.

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.

1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Ardı »

Bəstəkarlar Və Müğənnilər → Süleyman Ələsgərov (bəstəkar)

[color=#a476af]Süleyman Ələsgərov – Azərbaycanlı bəstəkar. Əsər müəllifi. Kino bəstəkarı. Filmlərdə iştirak edən. Musiqilərindən istifadə edilən bəstəkar. Arxiv kadrlar. Musiqi tərtibatçısı.
[redaktə]
Həyatı

Süleyman Əyyub oğlu Ələsgərоv 22 fevral 1924-cü ildə Şuşada dоğulub. Konservatoriyanı bitirib (1948). A. Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru (1949-1965), Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib. Yaradıcılığında оperetta janrı əsas yer tutur. “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971) operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır. Ardı »

Bəstəkarlar Və Müğənnilər → Rəşid Behbudov

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) — görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı. Dağıstannın xalq artisti, Gürcüstannın əməkdar incəsənət xadimi.Mündəricat [gizlə]
1 Həyatı
2 Xatirə
3 Əsərləri
4 Filmoqrafiya
5 Müğənninin Videosu
6 İstinadlar

[redaktə]
Həyatı

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[1] Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R. Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar Ardı »

Bəstəkarlar Və Müğənnilər → Həsən Adıgözəlzadə

Bəstəkar. Aktyor
[redaktə]
Həyatı

Bəstəkar Həsən Adıgözəlzadə 1946-cı il yanvarın 23-də anadan olub.

Əsərləri: Simfoniya, "Azərbaycan" və "Bursa" kantatası, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün Sonatalar, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar, teatr tamaşalarına musiqi, xalq çalğı alətlər üçün əsərlər.
[redaktə]
Filmoqrafiya
Ağlar-güləyən (film, 1988)
Ardı »

Bəstəkarlar Və Müğənnilər → Ruhəngiz Qasımova

[color=#173bd3]Ruhəngiz Qasımova, Azərbaycanlı bəstəkar.
[redaktə]
Həyatı

Bəstəkar, 1940-cı il iyulun 12-də anadan olub.

ƏSƏRLƏRİ: "Quyu" teatr tamaşasına musiqi /libretto müəllifindir/ (1995); "Qızıl oğlan" - musiqili nağıl (1999). F.Qoca, M.Oruc, B.Vahabzadə və öz söz. mahnılar (1990-2001).
[redaktə]
Filmoqrafiya
Abşeronun istirahət ocaqları (film, 1975)(qısametrajlı sənədli film)(Aztv)
Alman klinikasına şəxsi səfər (film, 1988)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Asif, Vasif, Ağasif (film, 1983)
Astara (film, 1975)
Astara (film, 1980)
Aşkarsızlıq şəraitində... (film, 1986)
Badamlı (film, 1974)
Bir az da Bahar bayramı (film, 1979)
Bir dəfə görmək... (film, 1984)
Bizi dağlarda axtarın (film, 1976)
Bizim müasir qadınlar (film, 1976)
Bu, Səttar Bəhlulzadədir (film, 1969)
Bulaq başında (film, 1980)
Buta (film, 1980)
Çətin yol (film, 2006)
Daha iki nəfər (film, 1965)
Danışan işıqlar (film, 1965)
Dəmir ağac (film, 1971)
Dvorjakın melodiyası Ardı »

Bəstəkarlar Və Müğənnilər → Achinoam Nini

Achinoam Nini (Yəhudi dilində: אֲחִינוֹעַם נִינִי) – İsrailli müğənnidir. Noa adı ilə məşhurdur.
[redaktə]
Həyatı

Achinoam Nini 23 iyun 1969-cu ildə İsrailin paytaxtı Təl-Əviv şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində İsraili Mira Awad ilə "There Must Be Another Way" (Azərbaycan dilində:"Başqa Bir Yolu Olmalı") mahnısı ilə təmsil etmişdir.[1][2] I yarımfinalda 75 xal toplayaraq 7–ci olmuş və finala keçmişdir. Finalda isə 53 xalla 16–cı olmuşdur.
Ardı »

Bəstəkarlar Və Müğənnilər → Vera Brejneva

[color=#fd5b36]Vera Brejneva, əsl adı Vera Viktorovna Kiperman — (ukr. Віра Вікторівна Кіперман) - ukrayna-rus müğənnisi, aktrisa, VIA Gra pop qruppanın eks solisti (2003-2007-ci illər).Mündəricat [gizlə]
1 Bioqrafiya
2 Şəxsi həyat
3 Kliplər
3.1 «VIA Granın» tərkibində
4 Videoqrafiya
5 Filmoqrafiya
6 İstinadlar

[redaktə]
Bioqrafiya

Atası - Viktor Mixayloviç Qaluşka, Pridneprovsk kimya zavodunda işləmiş, anası Tamara Vasilyevna Qaluşka, tibb universitetini bitirmiş və həmin zavodda fəaliyyətini davam eləmişdir. Veranın ixtisası iqtisadiyyatdır, o Dəmir Mühəndisləri Dnepropetrovsk İnstitutunun qiyabi şöbəsini bitirib.
[redaktə]
Şəxsi həyat

Veranın Sonya adlı bir qızı var (30 mart 2001-ci il təvəllüdlü). Uşağın atası isə Vitaliy Voyçenko-dur. Onunla Vera bir neçə il müddətində faktiki nikahda olub. 2012-ci ilin oktyabr ayında, Vera Ukrayna Ardı »