Bəstəkarlar Və Müğənnilər → Mariya Titarenko
Mariya Titarenko (23 mart, 1917 - 26 sentyabr, 2002) - Azərbaycanın opera müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti (1961).
[redaktə]
Yaradıcılığı
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.
Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vagif", "Sevil" operalarındakı obrazları və "Arşin mal-alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz Ardı »