Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarHüseyn Şərif

Hüseyn Şərif ( 1909-cu il- 1989-cu il)—Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi.

Həyatı

O, 1909-cu ildə Tiflisdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxumuşdur. Onun uşaqlıq və gənclik illəri Tiflisdə yaşayan Azərbaycan ziyalılarının ən fəal dövrünə təsadüf edir. Bu şəhərdə yaşayan soydaşlarımız o dövrdə ədəbi jurnallar, dərgilər, qəzetlər nəşr edirdi. XX əsrin əvvəllərindən 30-cu illərin sonuna kimi Tiflisdə Azərbaycan ədəbi-mədəni mühiti çağlayırdı. Şübhəsiz ki, belə bir mühit həmin şəhərdə dünyaya göz açan, orada orta məktəbi bitirən, texnikumda oxuyan Hüseyn Şərifdən də yan ötə bilməzdi. Tiflis azərbaycanlılarının ədəbi orqanlarından biri də "Dan ulduzu" jurnalı idi. 20-ci illərin sonunda nəşr Ardı »

Şairlər və YazıçılarXurşidbanu Natəvan

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: خورشیدبانو ناتوانXurşidbanu Natəvan

Doğum tarixi:6 avqust 1832-ci il
Doğum yeri:Şuşa
Vəfatı:2 oktyabr 1897-ci il (65 yaşında)
Vəfat yeri:Şuşa
Uşağı:Mehdiqulu xan
Xanbikə xanım
Mir Həsən Ağa Mir


Xurşidbanu Natəvan — Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.


Həyatı

Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim Ardı »

Şairlər və YazıçılarDinarə Gərəkməzli

Ssenari müəllifi. Kino redaktoru.

Gərəkməzli Dinarə İsa qızı - şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Dinarə Gərəkməzli 1948-ci il aprelin 14-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə ailəliklə Bakıya köçmüşlər. Burada 150 saylı şəhər orta məktəbini bitirmişdir (1966). Aparatçı, tabelçi və "Azərkitab"ın kitab bazasında fəhlə işləmişdir (1966-1969).

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil almışdır (1969-1974). "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1977). Hazırda "Azərbaycanfilm" studiyasında redaktor kimi çalışır (1977-ci ildən). Rus dilində yazıb-yaradır. Bədii yaradıcılığa 1967-ci ildən başlamışdır. Həmin vaxtdan şeirlərini, tərcümə və oçerklərini dövri mətbuatda, almanaxlarda çap etdirir.
[redaktə]
Əsərləri
1.Здравствуй. Баку: Гянджлик, 1978, 29 стр.
2.Когда проснулись птицы. Баку: Ardı »

Şairlər və Yazıçılarİbrahim Zakir

İbrahim Zakir — azərbaycanlı şair.
[redaktə]
Həyatı

İbrahim Zakir 1891-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalında Şeyx Kəlxoran kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zakirə "Molla Nəsrəddin" məcmuəsinin böyük təsiri olmuşdur. 60 ildən artıq bədii yaradıcılıq yolu keçmiş İbrahim Zakir M.Ə.Sabir və M.Ə.Möcüz satira məktəbinin layiqli davamçılarındandır. Gənc yaşlarından məşrutə hərəkatında iştirak edən Zakir 1916-cı ildə yazdığı "Mənə nə", "Ara həkimləri" adlı satirik şerləri ilə öz yaradıcılıq yolunu müəyyənləşdirmişdir. "Fəryad edirəm", "Novruz bayramı" adlı şeirləri Rəşt qəzetlərində çap olunmuşdur. Sonralar o, satirik şerlərinə və siyasi fəaliyyətinə görə yurdundan sürgün edilmişdir. Onun satiralarında feodal-patriarxal münasibətlərin, faşizmin, mövhumatın və geriliyin ifşası əsas yer Ardı »

Şairlər və YazıçılarSevinc Nuruqızı

Sevinc Nuruqızı (azərb. İmanova Sevinc Nuru qızı; 22 avqust 1964, Bakı) — uşaq yazıçısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999).

İmanova Sevinc Nuru qızı 22 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.

Orta məktəbi Ağdam rayonunda bitirib. 1980-ci ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1986-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib, təyinatla Ağdam rayonu Şelli-Qaradağlı kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır.

2003-cü ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. 2006-cı ilin yanvarından Minamedia nəşriyyat evində çıxan "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin Ardı »

Şairlər və YazıçılarRafiq Hümmət

[color=#c238dd]Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi.
[redaktə]
Həyatı

Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1982-ci ildə doğma kəndində orta məktəbi, 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən etibarən bir müddət "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana Ardı »

Şairlər və YazıçılarƏli Əsgərov

[color=#03939b]Əli Cənnət oğlu Əsgərov 1914-cü ildə Bakının Bülbülə kəndində yoxsul bir ailədə anadan olub. 1922-33-cü illərdə ilk təhsilini həmin kənddə alıb. Bir illik kurs bitirdikdən sonra Kukla Teatrında işləyib, sonra isə 1943-cü ildə səfərbərliyə alınana qədər radio verilişləri komitəsinin uşaq şöbəsində redaktor kimi çalışıb.

Xəstəliyi ilə əlaqədar hərbi xidmət çəkə bilməyib.Sonralar gah "Kommunist" (indiki "Azərbaycan" – A.K.) qəzetində ədəbi işçi, gah folklor evinin müdiri, gah da radio verilişləri komitəsinin ədəbiyyat şöbəsində baş redaktor işləyib.

Hələ 1937-ci ildə ilk dəfə olaraq xalq şairi Səməd Vurğunun təşəbbüsü ilə "Azərnəşr"də "Bahadurun yuxusu" əsərini çap etdirir. Bundan sonra isə bir-birinin ardınca uşaqlar üçün "Bağbanın qonşusu", "Dovşan", "Azərbəyim", Ardı »

Şairlər və YazıçılarSeyid Əzim Şirvan

Seyid Əzim Şirvani (9 iyul 1835 — 1 iyun 1888) — XIX əsr Azərbaycan şairi və maarifpərvəri.
[redaktə]
Həyatı

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Ardı »