Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarMədinə Gülgün

[color=#f82e00]Ələkbərzadə Mədinə Nurulla qızı (Mədinə Gülgün) – azərbaycanlı şairə, Azərbaycanın əməkdar incəsənət xadimi.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Haqqında olan ədəbiyyat
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
Həyatı

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. Gənc yaşlarından demokratik hərakata qoşulmuşdur. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Ardı »

Şairlər və YazıçılarMahmud İsmayılov

Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 1920-16 avqust 2002)—Azərbaycan tarixçisi.Mündəricat [gizlə]
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Mahmud Əliabbas oğlu 1920-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilmişdir.

M.Ə.İsmayılov 1946-cı ildən AEA-nın Tarix İnstitutunda işə başlamış, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və «Azərbaycanın yeni tarixi» şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

M.Ə.İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun «Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda» (1957), Ardı »

Şairlər və YazıçılarƏliağa Vahid

İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid) (1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan şairi, qəzəlxan, Azərbaycan əməkdar incəsənət xadimi (1943).

Həyatı

Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, Ardı »

Şairlər və YazıçılarRüstəm Behrudi

Behrudi Rüstəm Hidayət oğlu - müasir Azərbaycan şairi.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gəlmişdir. Üç uşaq atasıdır. Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.

Şair "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. "Şaman duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur.

Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


[redaktə]
Yaradıcılığı

SALAM, DAR AĞACI!

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, Ardı »

Şairlər və YazıçılarVüqar Əhməd

Vüqar Mikayıl oğlu Əhməd - nəğməkar şair.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Məqalələri
4 Xarici keçidlər

[redaktə]
Həyatı

1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olub.

1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutunun professorudur.

Azərbaycan Milli Dram Teatrının (Türk işçi teatrı) ilk direktoru və baş rejissoru Bilal Əhmədin qardaşı nəvəsi, bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var.

1980-ci ildə Ardı »

Şairlər və YazıçılarSəməd Ağaoğlu

Səməd Ağaoğlu — yazıçı, Əhməd Ağaoğlunun övladı.
[redaktə]
Həyatı

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur.

Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında dünyasını dəyişmişdir.
[redaktə]
Yaradıcılığı

Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci Ardı »

Şairlər və YazıçılarHəqiqət

Həqiqət — çoxmənalı mübtəda.Bir çox mürəkkəb terminlərin tərkib hissəsi.
[redaktə]
Əsas mənalar

" Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir.Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür:
Həqiqət - reallığın subyektiv dərk edilməsi ;
Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır.
Həqiqət — Düzgünlük termininin cinonimi.
Həqiqət — Həqiqətə uyğun gələn hər şey Ardı »

Şairlər və YazıçılarNurəddin Ədiloğlu

Muğanlı Nurəddin Ədil oğlu (Nurəddin Ədiloğlu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001)Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
2.1 AzərNUR imzası ilə
2.2 Toplayıb tərtib etdiyi, redaktoru və ön sözünün müəllifi olduğu kitablar
2.3 Redaktoru olduğu kitablar
2.4 Bədii və publisistik yazılarının daxil edildiyi kitablar

[redaktə]
Həyatı

Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.

1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü Ardı »