Seyidov Yusif Mirəhməd oğlu - tənqidçi, ədəbiyyatşünas, 1965-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1967), Azərbaycan Dövlət Mükafatı laureatı (1974).
Həyatı
Yusif Seyidov 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1944). İki-illik Naxçıvan müəllimlər institutunda təhsilini davam etdirmişdir (1944-1946). Sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1947-1952). Dilçilik ixtisası üzrə aspiranturada saxlanmışdır (1952-1955). "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1955). Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent (1955-1967), professor (1967-ci ildən) işləmişdir. "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1965). Hazırda universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik edir (1965-ci ildən). Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk məqaləsi 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuşdur. Rus dilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifıdir.
Əsərləri
Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.
Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1972, 476 səh. (şərikli).
Klassik Azərbaycan şairləri söz haqqında (XI-XVIII əsrlər). Bakı: Gənclik, 1977, 112 səh. (şərikli).
Azərbaycan dili. Bakı: Maarif, 1978, 288 səh.
Yazıçı və dil (XIX-XX əsrlər). Bakı: Yazıçı, 1979, 288 səh.
Sözün şöhrəti. Bakı: Yazıçı, 1983, 282 səh.
Şairin fikir dünyası. Bakı: Bilik, 1985, 467 səh.
Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1985, 467 səh.
Ədəbi tənqid və bədii dil. Bakı: Yazıçı, 1986, 239 səh.
Azərbaycan dili. Bakı: Maarif, 1987, 288 səh.
Sözün hikməti. Bakı: Yazıçı, 1989, 485 səh.
Azərbaycan dilinin qrammatikası, Morfologiya, Bakı Universiteti nəşriyyatı, 2002, 370 səh
Tarix: 20.01.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 619 Bölmə: Şairlər və Yazıçılar