Şairlər və Yazıçılar → Semyuel Bekket
Semyuel Bekket (ing. Samuel Beckett, 1906—1989) — İrlandiya yazıçısı. Absurd teatrının yaradıcılarından biri (Ejen İonesku ilə birgə). Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969). Əsərlərini ingilis və fransız dillərində yazıb.
[redaktə]
Həyatı
Fransız mənşəli İrlandiya yazıçısı, şair və dramaturq Semyuel Barkli Bekket modernizmin son, postmodernizmin isə ilk nümayəndələrindən sayılır.
Bekket Dublində doğulmuşdu. Ailəsinin geniş maddi imkanları sayəsində mükəmməl təhsil almışdı. Məşhur Triniti-kolleci əla qiymətlər və bakalavr diplomu ilə bitirmişdi. 1928-ci ildə Parisə gedərək Ekol Normal Superyorda ingilis dilini tədris etmişdi. Yaradıcılıq həyatında böyük rol oynayan həmvətəni, məşhur yazıçı Ceyms Coysla ilk tanışlığı da burada olmuşdu.
Parisdə yaşadığı dövrdə Marsel Prust haqqında əsərini tamamlamışdı. 1930-cu ilin sonunda Bekket Ardı »