Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarYumruqları sıxmaq - yaddaşa kömək edə bilər

Sadəcə yumruqları sıxmaq - yaddaşa kömək edə bilər, yeni tədqiqatın nəticələri göstərir.

Sağ əli 90 saniyə ərzində sıxmaq yaddaşı formalaşdırmağa kömək edir. Eyni hərəkəti sol əllə etmək isə yada salmağı yaxşılaşdırır, ABŞ psixoloqları deyirlər.
Sınaqda iştirak edən 50 adam yumruq sıxmaqla uzun siyahıdakı sözləri daha yaxşı yadda saxlayıb.

Tədqiqatçılara rəhbərlik edən alim, Nyu Cersidə yerləşən Montclair Dövlət Universitetindən Ruth Propper güman edir ki, sadə bədən hərəkətləri vasitəsilə beyinin necə işlədiyini müvəqqəti dəyişərək, yaddaşı yaxşılaşdırmaq olar.

"Sağ əli - informasiyanı öyrənəndən dərhal öncə sıxmaq, sol əli isə informasiyanı xatırlamaqdan dərhal öncə sıxmaq, yaddaşı yaxşılaşdırmağa kömək edə bilər", Dr Popper BBC-ə deyib.

Tədqiqatçılar düşünürlər ki, yumruğu sıxmaq - Ardı »

Maraqlı MəlumatlarABŞ-da qadın 4 gün fərqlə iki dəfə hamilə qaldı

ABŞ-da 5 milyonda bir müşahidə edilən hadisə baş verib.
Amerika Birləşmiş Ştatlarında tibb dünyasında olduqca nadir - 5 milyonda bir müşahidə edilən hadisə baş verib. İki bətni olan 24 yaşlı Anqi Kromar 4 günlük fərqlə iki dəfə hamilə qalıb. Hazırda biri 39 günlük, digəri 43 günlük olan uşaqlar ayrı-ayrı tarixlərdə dünyaya gələcəklər. Qadın daha öncə də hamilə qalsa da heç vaxt bu cür vəziyyətlə üzləşmədiyini bildirib.

Həkimlərin sözlərinə görə, bu nadir görülən hadisə olsa da, təhlükəli deyil. Belə ki, 1981-ci ildə cüt bətni olan qadın ikisi birində, biri isə ayrı olmaqla 3 uşaq dünyaya gətirmişdi. Ardı »

Maraqlı MəlumatlarGözəlliyinizi qoruyub saxlamaq istəyirsiniz?

Çay - əsrlərdən bəri istifadə edilən, gündəlik tələbatı olan içki növüdür. Çay, Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib. Çayın tarixində maraqlı rəqəm isə 1908-ci il olub. Çünki bu ildə, hal-hazırda geniş yayılmış paket çayların ABS-da istehsalı başlanıb.

Çayın insan sağlamlığına xeyri

Həkim-terapevt Nəcibə Axundzadə Milli.Az xəbər portalına verdiyi açıqlamasında çayın immunitet sisteminə çox xeyirli olduğunu deyir: “Çay insan sağlamlığına çox xeyirdir. Ümumiyyətlə, çay baş ağrısını, aclığı aradan qaldırır, yuxudan oyanmağa kömək edir, qidalandırıcı ərzaq hesab edilir. Bəziləri isə çayı alkoqol asılılığından azad olmaq üçün istifadə edirlər.

Çay, həmçinin əhvalı yüngülləşdirir, təravətləndirir, gümrah Ardı »

Maraqlı Məlumatlarİnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

"Scientist" elmi dərgisi bildirir ki, ABŞ-dakı Missuri Universitetində aparılmış tədqiqata görə, beyində mənəviyyat, Allah qorxusu və ədəb davranışlarını müəyyənləşdirən xüsusi bölgələr mövcuddur.

Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatları təhlil etməklə yanaşı, yeni araşdırmalar aparılıb. Bunun nəticəsində məlum olub ki, insanın mənəvi transsendensiyası sağ beyində gicgah hissədəki bölgənin aktivliyinin artması ilə bağlıdır.

Ümumiyyətlə isə beyindəki "Allah bölgəsi" adlanan yerin fəaliyyətini bütün beyin təmin edir.
"Tədqiqatlarımız göstərir ki, insan mənəviyyatının neyropsixoloji əsasları beyində əlahiddə bölgə ilə tənzimlənmir. "Allah bölgəsi" adlandırdığımız yerin fəaliyyəti bütövlükdə beyindən asılıdır.
Çünki mənəviyyat beynin müxtəlif hissələrinin funksiyalarından yararlanan daha dinamik konsepsiyadır", - Missuri Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Brik Conston deyib. Ardı »

Maraqlı MəlumatlarHər il 5 yaş qocalan uşaq

11 yaşlı uşaq dünyanın ən sürətlə qocalanan azyaşlısıdır

İngiltərədə yaşayan 11 yaşlı uşaq dünyada nadir görülən xəstəlikdən əziyyət çəkir. Herri Krovter xəstəliyi ilə bağlı 5 dəfə sürətlə yaşlanır. Tibbi dildə APS adlı gen xəstəliyindən əziyyət çəkən uşaq xarici görünüşünə görə 55 yaşlı kişini xatırladır.

Herrinin anası Şarronun sözlərinə görə, bu xəstəlik 8 milyondan bir müşahidə edilir. Artıq uşağın dərisində qırışlar var. Dünyanın ən sürətlə yaşlanan uşağı olan Herrinin xəstəliklə bağlı olaraq sümükləri də həssaslaşıb və yaşıdlarından 5 dəfə daha tez yorulur. Ardı »

Maraqlı MəlumatlarDünyanın ikinci hamilə kişisi

ABŞ-ın Kaliforniya ştatında yaşayan 30 yaşlı Scott bu günlərdə Amerika mətbuatının diqqət mərkəzindədir. Onun məşhurlaşmasına səbəb isə cinsiyyətini dəyişərək kişi olduqdan sonra hamilə qalmasıdır. Əslində Scott dünyaya qadın olaraq gəlsədə sonradan cinsiyyətini dəyişərək kişi olmağa qərar vermişdir. Buna baxmayaraq o hamilə qalmış və yaxın günlərdə körpəsini dünyaya gətirməyə hazırlaşır. Artıq Scott körpəsinə qoyacağı adı da düşünüb o körpənin adını Miles qoyacağını bildirib. Scott mətbuata verdiyi açıqlamada: “insanlar məni qınaya bilər lakin mən bu vəziyyətdən çox məmnunam” deyə qeyd etmişdir.
Xatırladaq ki, daha əvvəl dünyanın ilk hamilə kişisi Oregonda yaşayan Thomas Beatie adlı şəxs kimi tarixə düşmüşdür. Ardı »

Maraqlı MəlumatlarSağlamlığımızı nə qədər düşünürük?

Sağlamlığımızı nə qədər düşünürük?

İşləriniz,gündəlik problemləriniz...üçün bütün günü ora-bura qaçır,nə isə etməyə çalışırsınız.Şübhəsiz ki,bu vaxt sağlamlığınızı unudursunuz.Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz?Sözsüz ki,ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz.Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq.



Rejimli qidalanmağa çalışın.

Çox soyuq və ya çox isti mühitlərdə qalmayın. Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin. Çox soyuq və ya küləkli havalarda ağzınızı və burnunuzu bağlayın.Çalışın ki,soyuq havanı içinizə çəkməyəsiniz. Gündəlik işlərinizi elə qurun ki,ürəyinizə istirahət verməyə də vaxtınız olsun.
Bir Ardı »

Maraqlı Məlumatlarİnsan beynindəki gizli bilgiləri oxumaq olarmı?

Beynimizin dərinliyində olan məlumatlar təhlükəsiz yerlərdədirmi? Amerika və İngiltərəli bir qrup alimin fikrinə görə, bu sualın cavabı "xeyr"dir.
Araşdırmaçı alimlər kompüter oyunları üçün istifadə edilən bir alət sayəsində kompüter istifadəçilərinin beynini oxuyuyaraq, gizli məlumatlar əldə ediblər.

Berkli, Oksford və Cenevrə universitetlərinin mütəxəssislərindən ibarət bir qrup bu yolla insan beyninin hakerlənə biləcəyini deyir. "Emotiv" adlı cihaz əldən istifadə edilmədən oyun oynamağa kömək edən vasitədir.

Könüllülər qrupuna "emotiv" taxılıb və kompüter ekranında bankların adları, şəkilləri, tanıdıqları şəxslərin adları, şifrələr nümayiş etdirilib.
Tanış obyektləri görən beyin P300 adı verilən özəl bir siqnal verib.
Araşdırmaçı alimlər bu siqnalı izləyərək gizli məlumatları əldə ediblər. Sınaq 40 faiz uğurla nəticələnib.

Qeyd Ardı »