Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarBalın xalisliyini necə ayırd etmək olar?

Bal - arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır

Balın əhəmiyyəti

Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir.

Baldan qoz, badam, quru meyvə, ədviyyat, buğda unu və sair əlavələr etməklə bir sıra xörəklər hazırlanır. Bal uşaq qidasını şirinlətmək və xoş dadlı etmək üçün də əsas vasitədir. Bal səhərlər Ardı »

Maraqlı MəlumatlarAlimlər insan qulağı yaradıblar

Məlumata görə ABŞ alimləri ilk dəfə olaraq insan qulağı ölçüsündə olan süni qulağ yaradıblar. Həmin metod yalnız və yalnız ehtiyacı olan xəstələrə o cümlədən qulaq boşluğunun formasını dəyişdirmə tələbi olanlara yardım məqsədi ilə istifadə ediləcək. Bundan əlavə məlumatda bildirilir ki, həmin üsul vasitəsi ilə pasientin hüceyrələrindən yeni orqan yetişdirmək mümkün olacaq.

Müəlliflərdən hesab olunan (Boston) Massaçusets hospitalının alimləri eksperiment zamanı alimlər qoyun və inək toxumalarından istifadə edərək titan karkasda canlı toxuma modeli yetişdirib insan qulağı formasına salmışlar. Təcrübələrdə müəyyən olunub ki, qulaq boşluğu 12 həftə ərzində lazımi ölçüyə qədər artıb.

Kliniki sınaqlar zamanı müəllif qiymətləndirmələrinə əsasən belə aydın olur ki, beş il ərzində Ardı »

Maraqlı Məlumatlarİşsizlik insanı yaşlandırır

Böyük Britaniyada yerləşən İmperial Kollecinin və Finlandiyanın Oulu Universitetinin elm adamları maraqlı məlumat əldə ediblər.
Onlar bildiriblər ki, iki ildən çox işsiz qalan kişilərdə yaşlanma səbəbi kimi bilinən qısa telomerlər, digər həmcinslərinə görə fərqli olur.
Londonda aparılan tədqiqat işsiz olan qadın və kişilərin daha tez yaşlandığını göstərib. Araşdırma rəhbəri Jessica Buxton 1966-cı il təvəllüdlü Finlandiyalı kişiləri də tədqiqa edib. Araşdırmada iştirak edən 5620 insanın daha çox telomer məsələsi gündəmdə olub. Tədqiqata cəlb olunananların DNT nümunələri ilə iş keçmişləri də araşdırılıb. Əldə olunan faktlar sübut edib ki, işsizlik insanın yaşlanmasına səbəb olur. Çünki, xromosomların ucunda olan telomerlər qısa olduğundan yaşlanma olur. Daha əvvəl Ardı »

Maraqlı MəlumatlarƏsnə ki, əsnədəsən...

Əsnəyən adamları görəndə əsnəmək istəyi alimləri çoxdan maraqlandıran sirlərdən biridir. Bəzilərinin dediklərinə görə, əsnəyi görəndə əsnəmək əslində insanların bir-birlərilə əlaqə saxlamalarına imkan verən sosial empatiya növlərindən biridir.

Milli.Az xəbər portalı "Lancet"ə istinadən bildirir ki, insanların "əsnəməyə yoluxma"ları 4-5 yaşda, yəni başqa insanların emosiyalarını interpretasiya etmək bacarıqlarının inkişafı ilə başlanır. Lakin əsnəməyin "yoluxucu" olub-olmamasının səbəbləri hələ də bəlli deyildi.

İtaliyadakı Piza Universitetinin alimləri bu fenomeni araşdırmağa çalışıblar. Onlar Şimali Amerika, Asiya, Afrika və Avropada yaşayan 109 könüllüdə 480 dəfə əsnəmək sindromunu araşdırıblar.

Alınan nəticələr göstərib ki, insanların əsnəməyə reaksiyası müxtəlif qruplar arasındakı mövcud əlaqələrə dəlalət edir. Başqa sözlə desək, əsnəməyin "yoluxuculuq" amili Ardı »

Maraqlı MəlumatlarDejavu nədir?!

Bəzən bizdə rastlaşdığımız bir hadisəni daha əvvəl də yaşadığımız və ya ilk dəfə getdiyimiz bir yerdə daha əvvəl də olduğumuz kimi hisslər yaranır ki, bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaşlılarda isə beyin Ardı »

Maraqlı Məlumatlar3D televizoru olanların nəzərinə

Bu texnologiya əyləncə problemləri olanlar üçün idealdırsa, bir sıra insan qrupları üçün məsləhətli hesab olunmur.
Bəzi filmlər var ki, həmin filmlər digər filmlərlə müqayisədə şiddətə meylli, qorxu dolu olurlar. Bu da müxtəlif psixoloji problemlərdən əlavə ailə daxili ünsiyyətin azalmasına və ictimailəşmə bacarığının inkişafına mənfi təsir göstərir. Hətta onlar virtual həyat və gerçək həyat arasındakı fərqi tam olaraq anlamaqda çətinlik çəkə bilərlər.
Televiziya texnologiyasındakı inkişafla mütənasib olaraq televiziyada göstərilənlərin həqiqət kimi qəbulu da artmaqdadır. Televizor satılan mağazalarda 3D görünüş izləyən uşaqların görünüşə toxunmağa çalışması ya da tv-dən qaçması uşaqların 3D görünüşü daha həqiqi qəbul etdiyini göstərməkdədir.
Məsələn az yaşlı bir uşaq, 3D Ardı »

Maraqlı MəlumatlarEvlilikdə yaşın da fərqi varmış

Yeni araşdırma işi göstərib ki, çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına ərə getməlidirlər.

Ərin yaşlı və ya cavan olması qadının həyatını qısaldır.
İlk öncə yaxşı xəbər haqqında. Gənc xanımları olan kişilər heç nədən narahat olmamalıdırlar.

Tədqiqat işi göstərir ki, onlar çox yaşayaraq, daha sağlam həyata malik ola bilərlər.
Belə məlum idi ki, özlərindən cavan ərləri olan xanımlar da bu nigahdan eyni cür faydalana bilərlər.
Amma almaniyalı alimlər bunun belə olmadığını aşkar ediblər. Onlar iki milyon danimarkalı cütün tibbi qeydlərini öyrənəndən sonra belə nəticəyə gəliblər.

Yaşlı ər qadının həyatının daha qısa olması deməkdir. Özündən cavanı ilə evlənmək isə daha pisdir.
Araşdırma işi göstərib ki, belə halda ölüm səviyyəsi 20%-dir. Ardı »

Maraqlı MəlumatlarBel yırtığı əməliyyatsız müalicə olunur

Məlumata görə Türkiyənin Cümhuriyyət Universitetinin Tətbiq və Araşdırma xəstəxanasında bel yırtığı xəstələri əməliyyat olmadan müalicə edilirlər.
Türkiyənin Sivas bölgəsində tətbiq olunan bu müalicə üsulu əməliyyat olmadan təzyiq göstərən disklərin yandırılaraq kiçildilməsi ilə tətbiq edilir.
Həmin xəstaxanada faliyyət göstərdiyi bildirilən Prof. Dr. Caner Mimaroğlunun sözlərindən aydın olur ki, tətbiq olunan bu üsul təzyiqi ortadan qaldırmağa istiqamətli bir metoddur. Əməliyyatsız bir şəkildə elektrodla diskin içərisinə girdikdən sonra diskin çıxmış qisimlərini kiçildərək təzyiqi yox edən bu üsulla həftədə 10 xəstəni müalicə etmək olur. Xəstələr müalicədən sonra tamamilə rahatlayır.
Xəstələrin heç bir ödəniş ödəmədən, bütün xərcin SGK tərəfindən qarşılandığını söyləyən Mimar oğlu və həmkarları bel yırtığından əziyyət çəkən Ardı »